Dəyirmanburnu Təbiət Parkı () ― Türkiyənin İstanbul ilində yerləşən təbiət parkı.

Təbiət parkı Dəyirmanburnu Təbiət Parkı İstanbul ilinin cənub-şərqindəki Adalar səmtindəki Heybəliadanın şimalında yerləşir. Heybəliada böyüklüyünə görə Mərmərə dənizindəki doqquz adadan ibarət Şahzadə adalarının ikincisidir. Adanın şimalındakı bu ərazi 2011-ci ildə Ətraf və Meşə Nazirliyi tərəfindən təbiət parkı elan edilmişdir. Park 12,28 hektarlıq ərazini əhatə edir.

Təbiət parkı açıq havada gəzinti və üzgüçülük fəaliyyətləri ilə birlikdə gündəlik fayton sürmə və velosiped icarəsi də təklif edir. Parkda açıq hava kofe evi fəaliyyət göstərir.

Heybeliada sanatoriyası, Halki Şərqi Pravoslav Kilsəsi və İlahiyyat Məktəbi və dəyirman kimi tarixi binalar parkın ərazisini ziyarət etmək üçün maraqlı yerlərdir.

İqlim Parkın iqliminə Aralıq dənizi iqlimi təsir göstərir. Bölgənin yayı isti və quru, qışı isə mülayim və yağışlı keçir. Gecə ilə gündüz arasındakı istilik fərqi azdır. Ərazidə hakim külək şimal-qərb küləyidir. Küləklər il ərzində təsirli olur və fevral və iyun aylarında şimal-qərb istiqamətində güclü küləklər əsir. Mövsümi olaraq müşahidə edilən ən aşağı temperatur fevral ayında , ən yüksək temperatur isə iyul ayında -dir. İyun və ya iyul aylarında belə nisbi rütubət 70%-dən aşağı düşmür.

Ekosisten

Flora Təbiət parkının florası əsasən türk şamı (), piniya şamı (), sahil şamı (), adi göyəm (), nəcib dəfnə (), həmişəyaşıl sərv (), iriçiçək maqnoliya (), atlas sidri (), yapon eriobotriyası (), cənub dağdağanı (), Cercis siliquastrum, Sistus creticus, Spartium junceum (), adi daşsarmaşığı (), Çin fotiniyası () və Carpobrotus acinaciformis-dən ibarətdir.

Fauna Təbiət parkında müşahidə olunan heyvanlara məməlilərdən dələ, kirpi, dovşan, köstəbək, quş növlərindən isə müxtəlif qarğa növləri daxildir.

İstinadlar

Kateqoriya:2011-ci ildə Türkiyədə yarananlar Kateqoriya:2011-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Türkiyədəki təbiət parkları Kateqoriya:Adalar (ilçə)