Anatol Kolline Makosso (; ) — Konqo Respublikasının hazırkı Baş naziri.

Həyatı Point-Noyrda müəllim işləyib. 1990-cı illərin əvvəllərində Kuilu departmentində siyasi məsləhətçisi, daha sonra Kuilu Departmenti Kabinetində direktor vəzifəsində çalışıb. 1998–2011-ci illərdə Prezident Deni Sassu-Nqessonun müşaviri olub. 2009-cu ildə Prezidentin qızı Edit Lüsi Bonqonun ölümündən sonra ona həsr etdiyi şeir və hekayələr toplusunu nəşr etdirdi.

2010-cu ildə Panteon-Assas Universitetində hüquq üzrə doktorluq dissertasiyasını tamamladı.

Kolline Makosso 17 avqust 2011-ci ildə kiçik dəyişikliklə hökumətdə Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi. 25 avqust 2011-ci ildə postu sələfi Zaxari Kimpunidən aldı.https://web.archive.org/web/20120614223915/http://www.brazzaville-adiac.com/index.php?action=depeche&dep_id=52155&oldaction=liste&regpay_id=0&them_id=0&cat_id=0&ss_cat_id=0&LISTE_FROM=0&select_month=0&select_year=0

Fəaliyyəti

10 avqust 2015-ci ildə Kolline Makosso vəzifələrini İbtidai və Orta Təhsil, Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə təyin edildi. Sassu-Nqesso 2016-cı ildə prezident seçkilərində qazandığı qələbədən sonra Kolline Makossonu İbtidai, Orta Təhsil və Maarif Naziri vəzifəsində saxladı, 30 aprel 2016-cı il tarixində Kolline Makossonun yerinə Gənclər və Vətəndaş Təlimi Naziri vəzifəsinə Destini Armeliya Dukaqanı təyin etdi.

2017-ci ilin iyulunda təşkil edilmiş parlament seçkilərində Kolline Makosso Point-Noyrda Loancili dairəsindən hakim Konqo İşçi Partiyasının namizədi olaraq qaldı. Səsvermənin ilk turunda səslərin 72%-i toplayaraq Demokratiya və Sosial Tərəqqi üçün Hərəkatın Baş katibi Jülyen Makaundi-Çibindanı məğlub etdi.

14 may 2021-ci ildə Baş nazir təyin edildi.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri