Növhə (, ) — elegiya xarakterli qədim matəm nəğməsi.
Etimologiyası Növhə sözü ərəb dilindən gəlir, "hüznlü nəğmə", "ağı" deməkdir.
Tarixi Erkən orta əsrlərdən Yaxın və Orta Şərqə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Məzmunca mərsiyəyə yaxındır. Ənənəyə görə matəm mərasimlərində cənazə yanında mərsiyədən əvvəl qadınlar növhə oxuyardılar. "Şəbih" tamaşalarında da növhələr oxunmuşdur.
İstinadlar
Kateqoriya:Ərəb ədəbiyyatı Kateqoriya:Şiə ədəbiyyatı Kateqoriya:Farsdilli poeziya Kateqoriya:İran mədəniyyəti