Cəhənnəmağzı mağaraları () — Türkiyənin şimalında, Zonquldak ilinin Qaradaəniz Ereğli ilçəsində yerləşən, yan-yana düzülmüş üç mağaradan ibarət mağara sistemi. Mağaralardan biri erkən xristianlıqda kilsə kimi istifadə olunmuşdur.

Cəhənnəmağzı mağaraları Ereğli muzeyinə bağlı arxeoloji ərazidir.

Mağaralar İlk mağara iki hissəyə bölünmüşdür. Birinci hissənin döşəməsi orijinal bitkilərdən və həndəsi motivlərdən ibarət mozaika ilə döşənmişdir.Bölmədə sütunlar, kapitellər və yağ lampası üçün nişələr var. İkinci hissənin şərq divarında kiçik bir apsida açılmışdır və onun qarşısında pilləkənlər var. Çox qədim xristian kilsəsi olan bu mağara xristianlığın ilk illərində gizli bir ibadət yeri olaraq istifadə edilmişdir.

İkinci mağara yol kənarından təxminən yüksəklikdəki yamacda yerləşir. Bura yerli xalq tərəfindən "Böyük Yusif mağarası" adlanır. Yamacdakı dar bir girişdən başalayn 3 pilləli şaquli bir pilləkənlə çıxılan mağara, dağın içinə doğru irəliləyir. Daş hörgü izləri səbəbi ilə insanlar tərəfindən qazıldığı düşünülən bu mağara təxminən ərazini əhatə edir və iki ağır sütunla dəstəklənir.

Üçüncü mağara sahəsinə görə ən böyüyüdür. Mağaranın dibi yeraltı sularla örtülmüşdür. Bu süni mağara birinci və ikinci mağaralar üçün su mənbəyi olan su anbarı olaraq istifadə edilmişdir.

Mifologiya Yunan mifologiyasına görə, Cəhənnəmağzı mağaraları ilahi qəhrəman Heraklın ölülərin tanrısı və yeraltı dünyanın kralı Aidin iti olan Kerberi qaçırmaq üçün ölülər diyarına endiyi yerdir. Mağaraların antik dövrün ən əhəmiyyətli iki peyğəmbərlik mərkəzindən biri olduğu bilinir. Bunlardan digəri isə Yunanıstanın Delfi şəhərindədir.

Turizm Mağaralar 2001-ci ildə ictimaiyyətə açılmışdır. Həm də dini bir məkanı olan mağara, yerli vaxtla 09–19 saatları arasında ziyarət üçün açıqdır. Mağara bazar ertəsi və həftə sonları bağlıdır. 2016-cı ildə mağaraları ümumilikdə 26 853 turistin ziyarət etdiyi bildirilmişdir. 2018-ci ilin ilk altı ayında mağaralar təxminən 13 000 yerli və xarici ziyarətçini cəlb etmişdir. Son beş ildə isə ziyarətçilərin sayı 140 000 civarında olmuşdur.

İstinadlar

Kateqoriya:Türkiyədəki kilsə xarabalıqları Kateqoriya:2001-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyə mağaraları