Futbol üzrə 1-ci Avropa çempionatı (və ya Avropa Milllətlər Kuboku) — milli yığma komandalar arasında UEFA bayrağı altında hər dörd ildən bir keçirilən futbol üzrə Avropa çempionatlarının birincisi. Turnirin final mərhələsi dörd komandanın iştirakı ilə Fransada keçirilmişdir. Çempionatın qalibi Parisdəki Park de Prens stadionunda keçirilən final oyununda əlavə vaxtda Yuqoslaviya milli futbol komandasına 2:1 hesabı ilə qalib gəlmiş SSRİ milli futbol komandası olmuşdur. GoldStar, Panasonic və Toyota şirkətləri çempionata sponsorluq etmişlər.
Reqlament Turnir olimpiya sisteminə uyğun şəkildə keçirilmişdir. Ümumilikdə çempionatda 17 komanda iştirak etmişdir. Bu tək rəqəm olduğuna görə turnirdə yeganə seçmə mərhələsi oyunu atılan püşklə Çexoslovakiya və İrlandiya milli futbol komandaları arasında baş tutmuşdur. Oyunun nəticəsinə görə Çexoslovakiya millisi 1/8 finala vəsiqə qazanmışdır. 1/8 və 1/4 final oyunlarında da komandalar iki oyun keçirmişlər: evdə və səfərdə. Yarımfinal oyunları və final Fransada baş tutmuşdur. Çünki turnirin banisi və ideya müəllifi Fransa Futbol Federasiyasının sədri Anri Delone idi. O vaxt ev sahibi komanda üçün avtomatik final mərhələsinə qatılmaq qaydası hələ mövcud deyildi.
Tarixi 13 komanda 1960-cı ildə keçirilən futbol üzrə ilk Avropa çempionatında iştirakdan imtina etmişdi. Bunların arasında İngiltərə, Belçika, AFR, İtaliya, Niderland, İsveç də vardı. Bu komandalar iştirakdan imtinanı futbolçularının klublarda həddən artıq çox yüklənmələri ilə əsaslandırmışlar. Qeyri-rəsmi səbəblər kimi isə çempionatın nüfuzunun aşağı olacağının ehtimal edilməsi və klublararası kubok yarışlarına rəqabət yarada biləcəyi göstərilirdi..
İspaniya milli futbol komandasının oyunçuları 1/4 final oyunu üçün SSRİ-yə gəlməkdən siyasi motivlərə görə imtina etdiklərinə görə komanda turnirdən uzaqlaşdırılmışdır. Beləliklə də dördlər finalına üç Şərqi Avropa komandası - SSRİ, Yuqoslaviya və Çexoslovakiya qatılmışdır. Dördüncü komanda çempionatın ev sahibi Fransa millisi olmuşdur.
Yarımfinalda SSRİ millisi çexoslovakiyalıları 3:0 hesabı ilə darmadağın etmiş, yuqoslaviyalılar isə gərgin keçən oyunda fransızlar üzərində 5:4 hesablı qələbə qazanmışlar. 3-cü yer uğrunda oyunda Çexoslovakiya yorulmuş Fransanı 2:0 hesabı ilə məğlub etmişdir.
Final oyununda Yuqoslaviya millisi hesabı açsa da, SSRİ yığma komandasının əfsanəvi gürcü hücumçusu Slava Metreveli 49-cu dəqiqədə hesabı bərabərləşdirmişdir. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır. Əlavə vaxtda Viktor Ponedelnik vaxtın bitməsinə 7 dəqiqə qalmış qələbə topunu rəqib komandanın qapısından keçirmişdir.
İştirakçılar
Şəhərlər və stadionlar <center> {| class="wikitable" style="text-align:center" |- ! Marsel ! Paris |- | Velodrom | Park de Prens
| Tutumu: 40 000 | Tutumu: 40 000 |- | 150px | 150px |- !colspan="6" ||}
Seçmə mərhələsi oyunları
thumb|right|Rusiyanın poçt markası (2010)
Komandaların heyətləri
Final turniri YarımfinallarFinal 6 iyul0310 iyul 2 1Üçüncü yer6 iyul9 iyul42 5 0
1/2 final
3-cü yer uğrunda oyun
Final
Avropa çempionu1960İlk titul
Bombardirlər 2 top Valentin İvanov Viktor Ponedelnik Fransua Ett Milan Qaliç Drajan Yerkoviç
Simvolik yığma komanda right|228 px Q Lev Yaşin M Ladislav Novak M Vladimir Durkoviç Ym Yozef Masopust Ym Valentin İvanov Ym İqor Netto H Slava Metreveli H Viktor Ponedelnik H Milan Qaliç H Bora Kostiç H Draqoslav Şekularats
İstinadlar
Xarici keçidlər RSSSF saytında çempionatın statistikası UEFA Avropa çempionatlarının tarixi. 1960. Fransa UEFA Avro 1960. Oyunlar, simvolik yığma komanda Çempionların siyahısını SSRİ açır Birinci UEFA Millətlər Kubokunun tarixi
Həmçinin bax
Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Fransanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:1960-cı ildəki hadisələr Kateqoriya:1960-cı ildə Fransa Kateqoriya:1959/1960 mövsümündə Avropada futbol Kateqoriya:1959/1960 mövsümündə Fransada futbol