200px|thumb|right|Monqolustanda yurd, məbəd və göydələn.

Monqolustan memarlığı — Monqolustan ərazisində formalaşmış memarlıq.

Tarixi Monqolustan ərazisində eramızın əvvəllərinə aid yaşayış məskənlərinin, IX–XIII əsrlərə aid istehkamlı şəhərlərin xarabalıqları qalmışdır. XVI əsrin sonlarından XX əsrin əvvəllərinədək Çin-Tibet memarlığının təsiri ilə saray və məbəd tikililər inşa edilmişdir. Bunlara Ulan-Batorda Erdeni-dzu, Qandan monastırları və s. aiddir. Ən qədim incəsənət abidələri Tunc dövrünə aid qaya təsvirləri, daş heykəllər, tunc kimi məmulatlarla təmsil olunur. Monqolustan Xalq Respublikası 1924-cü ildə qurulduqdan sonra ölkə ərazisində geniş tikinti işləri aparılmışdır. Ulan-Bator kimi köhnə şəhərlər yenidən qurulmuş, Darxan, Nalayxa, Sayn-Şand kimi yeni şəhər və qəsəbələr salınmışdır. 1960–1970-ci illərdə inşaatda sənaye üsulları geniş tətbiq edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Щепетильников Н. М. Архитектура Монголии. — М., 1960.

Xarici keçidlər

Галерея монгольской архитектуры Дзанабадзар и монастырь Амарбаясгалант