Gənclik parkı – Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən meşə tipli park. 26 avqust 2021-ci ildə açılıb. Açılışda Azərbaycan prezidenti İlham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva iştirak etmişdirlər.

Parkın salınması üçün işlər 11 noyabr 2019-cu ildə başlamışdır. Park Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə yaradılmışdır. Burada ziyarətçilərin istirahəti üçün müxtəlif infrastruktur yaradılmışdır və Xəzər dənizinin mənzərəsini də seyr etmək mümkündür.

Park 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib və yaşıllıqlar salınmışdır. Parkda həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılmış, attraksion quraşdırılmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılmışdır.

Parkda "Ürəklər" adlı kompozisiya yaradılmış, həmçinin bağlı və açıq futbol meydançaları inşa olunmuşdur. Parkda ziyarətçilər üçün piknik məntəqələri salınmışdır. Qaçış üçün cığırlar və velosiped yolları da tikilmişdir. Park böyük olduğu üçün parkda məlumatlandırıcı və istiqamətləndirici lövhələr quraşdırılmışdır. Ərazinin ən görməli yerlərindən biri də park ərazisində yaradılan süni göldür.

Qalereya

İstinadlar

Kateqoriya:Bakı parkları Kateqoriya:Xətai rayonu Kateqoriya:2021-ci ildə Azərbaycanda yarananlar