Aleksey Fayzulhaqoviç Sultanov (; ) — XX əsrin ən görkəmli özbək pianoçularından biri, SSRİ-də və ABŞ-də böyük sənətkar kimi məşhur idi.

Musiqiçilər (atası Fazulhaqq Abdulhaqq oğlu violonçelist, anası Natalya xanım Poqorelova skripkaçdır) ailəsində dünyaya gəlib, nənəsi Zamirə xanım Hidoyatova, özbək xalqının tanınmış və sevimli aktrisasıdır.

Həyatı Aleksey Sultanov 6 yaşından Özbəkistanda V.Uspenski adına respublika musiqi məktəbində əmekdar müəllim Tamara Popoviçin sinfində (fortopiano) təhsil almışdır. 8 yaşından konsertlər vermiş, 12 yaşında Beynəlxalq "Konsertino Praqa-82" müsabiqəsinin laureatı, 15 yaşında Özbəkistan respublikası Komsomol mükafatı laureatı adına layiq görülmüşdür. Təhsilini Moskva konservatoryasında (ali musiqi məktəbi) Lev İvanoviç Naumovun sinfində davam etmişdir. 1986-cı ildə 17 yaşlı gənc pianoçu haqqında rejissor Əli Hamrayev sənədli film çəkmişdir. 1989-cu ildə Van Klibern adina 8-ci Beynəlxalq pianoçular müsabiqəsinin qalibi çıxdıqdan sonra, davamlı olaraq qastrollara dəvət edilmişdir.

1990-cı ildə konservatoryanın üçüncü kursunu davam etdirməmiş ve 1991-ci ildə Amerika Birləşmiş Ştatlarına getmişdir.

Sonralar, Aleksey Sultanov iki dəfə — 1995-ci ildə Varşavada Şopen adına 13-cü Beynəlxalq pianoçular və 1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqələrində iştirak etmiş və hər iki müsabiqədə gənc pianoçuya qarşı ədalətsizlik olmuşdur. Şopen adına Beynəlxalq pianoçular müsabiqəsində jüri, ikinci dərəcəli mükafatı Aleksey Sultanova verməyi, birinci mükafatı isə heç kimə verməmyi qərara almışdır. Aleksey Sultanov ikinci dərəcəli diplomu qəbul etməmiş və bu hadisədən sonra 26 yaşlı sənətkar iflic olmuşdur.

1998-ci ildə Çaykovski adına Beynəlxalq pianoçular müsabiqəsinə qiymət verən jüri, Prokofyevin Yeddinci sonatasının ifasında gərəksiz sərbəstliyə yol verdiyi üçün ona müsabiqənin üçüncü turunda iştirak etməyə icazə verməmişdir. Bu hadisə haqqında dövri mətbuatda haqlı və kəskin "Autsayderə eşq olsun!", "Dahi isdedadlar laureat olmadan da dahidir" başlıqlı məqalələrlə narazılıqlar olmuşdur.

Aleksey Sultanov 1999-cu ilin noyabr ayında Daşkənd şəhərində Milli Simfonik orkestr ilə birlikdə nənəsi, xalq artsti Zamirə xanımın xatirəsinə solo konsert həsr etmişdir.

Aleksey Sultanov qeyri-adi çıxışları ilə Avropanı, Asiyanı, Amerikanı fəth etmiş, dünyanın onlarla şəhərlərində konsertlər vermiş, Filadelfiya, Konsertgebau, Britaniya simfonik orkestrləri ilə birlikdə çıxış etmiş, Helsinki, Berlin, Frankfurt, Hamburq, Sürix, Afina, Milan, Osaka, Seul, Nyu-York və digər şəhərlərdə solo konsertləri vermişdir, La Skala, Karneqi-Holl, La Roke konsert salonlarında alqışlanmışdır. Məşhur pianoçu Vladimir Qorovis qayınatası – Arturo Toskaninidən qalmış dirijor çubuğunu gənc istedad Alekseyə hədiyyə etmişdir.

2001-ci ildə Özbəkstanda yeni qastrol səfərlərinə hazırlıq görən gənc pianoçu, fevral ayında ikinci dəfə iflicə məruz qaldı88 notes pour piano solo, İjon-Piser Sullyet, Neva Editions, 2015, 153–155. . Bu ağır xəstəliyə baxmayaraq, Aleksey Sultanov xeyriyyəçilik konsertləri verməyə davam etdişir.

Son illərini ABŞ-də yaşayan, "hər bir bəstəkarın qəlbinə yol açmağı bacaran", "piançuların vulkanlar sinfinə aid olan", "sərbəst, coşqun", "Fortepiano aslanı" musiqi ustası, dörd il davam edən mərdanə mübarizədən sonra 30 iyun 2005-ci ildə əbədiyyətə qovuşdu.

Yaradıcılğı Temperamentinə görə Aleksey Sultanovun repertuarı romantizm və postromantizmdir. Yaradıcılığına Şopen, List, Raxmaninov, Skryabin kimi sənətkarlarin əsərləri daxildir. Aleksey Sultanov sənətində fövqəladə ifadə tərzi, sözün əsl anlamında ən səmimi lirik xəyallar yer tutmaqdadır.

İstinadlar

Xarici keçidlər Xatirə saytı

Kateqoriya:Daşkənddə doğulanlar Kateqoriya:Texasda vəfat edənlər Kateqoriya:ABŞ pianoçuları Kateqoriya:ABŞ klassik musiqiçiləri Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XXI əsr pianoçuları Kateqoriya:Klassik pianoçular