Georgi (Qriqori) Georgiyeviç Şaroyev (; ) — Azərbaycan-sovet pianoçusu və pedaqoqu, professor (1930), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1936). O, Azərbaycan musiqi incəsənətində fortepiano ifaçılığı sənətinin banisi hesab edilir.

Həyatı Georgi Georgiyeviç Şaroyev 13 iyun 1890-cı ildə Moskva şəhərində anadan olmuşdur. Pianoda ifa etməyi səkkiz yaşında öyrənməyə başlamış, tanınmış müğənni müğənnilik dərsləri almış anası Dariya Qriqoryevna Şaroyeva ilə birlikdə mahnılar ifa etmişdir. 1900-cü ildə Moskva Konservatoriyasına qəbul edilmiş, burada , , kimi pedaqoqlardan dərslər almışdır. Daha sonra anası ilə Peterburqa köçmüş, buradakı Peterburq Konservatoriyasında professor Mariya Benuanın, sonralar isə şagirdi olmuş və təhsilini 1915-ci ildə başa vurmuşdur.

Georgi Şaroyev 1919-cu ildə Bakı Musiqi Texnikumunun direktoru dəvəti ilə Bakıya gəlmiş, 1920-ci ildən Xalq Konservatoriyasına, 1921-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasına çevrilən bu musiqi məktəbində yarım əsrə yaxın müəllimlik etmişdir. O, 1930-cu ildə professor adını almış, 1934–1952-ci illərdə kafedra müdiri olmuş, 1948–1950-ci illərdə burada prorektor vəzifəsində çalışmışdır. 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1934–1935-ci illərdə Bakı Zabitlər Evinin nəzdində fəaliyyət göstərən musiqi dərnəklərinin bazasında uşaq musiqi məktəbinin təsisçisi və uzun müddət direktoru olmuşdur.

Azərbaycan pianoçularından Kövkəb Səfərəliyeva, Elmira Nəzirova, Qara Qarayev, Vaqif Mustafazadə, Çingiz Sadıqov, Fəridə Quliyeva və başqaları Georgi Şaroyevin tələbələri olmuşlar. Georgi Şaroyev Üzeyir Hacıbəyovun ən yaxın əməkdaşlarından olmuş, onun haqqında dəfələrlə mətbuatda xatirələrlə çıxış etmişdir.

Georgi Şaroyev 23 may 1969-cu ildə vəfat etmişdir. Ölümündən sonra, 1969-cu ildə Bakı Dairəsi Hərbi Sovetinin qərarı ilə onun təsis etdiyi orta ixtisas musiqi məktəbinə adı verilmişdir.

SSRİ xalq artisti, rejissor (1930–2000), Rusiya Federasiyasının və Ukrayna SSR-in əməkdar incəsənət xadimi, dirijor və skripkaçı (1929–2021) atasıdır.

Təltif və mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1 fevral 1936 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959

İstinadlar

Kateqoriya:Azərbaycan pianoçuları Kateqoriya:Bakı Musiqi Akademiyasının müəllimləri