İrina Georgiyevna Volobuyeva (; ) — SSRİ və ukrayna şairə və tərcüməçisidir. Qırğızıstan əməkdar mədəniyyət xadimidir. SSRİ Yazıçılar İttifaqının üzvüdür (1948).
Həyatı İrina Volobuyeva Poltavada, qulluqçu ailəsində anadan olub. 1938-ci ildə Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Tələbə ikən universitet qəzetində öz şeirlərini və alman və gürcü şairlərinin şeirlərini çap etdirib.
Yaradıcılığı 1939-cu ildən İ. Volobuyeva Bakı almanax, qəzet və jurnallarında original və tərcümədə şeirləri çap olunur. O Azərbaycan Yazıçılar İttifaqına qəbul edilir. O Mingəçevir qəzetində məsul katib işləyərək Mingəçevir SES tikintisi haqqında materiallar dərc edir. Həmçinin 1950-ci ildə onun Bakıda, " Azərnəşr" nəşriyyatında "Свет Мингечаура" ("Mingəçevir işığı") adlı şeirlər kitabı dərc edilir.
Kitabları И. Волобуева. Свет Мингечуара. Стихи. Баку."Азернешр".1950. стр. 72 И. Волобуева. Юным друзьям. Стихи. Баку. "Детюниздат". 1952. стр. 24
İstinadlar
Kateqoriya:Ukraynanın qadın şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:Ukrayna tərcüməçiləri