Tatul Aşıği Akopyan (; ) — Ermənistan müxbiri və müstəqil siyasi analitiki.
Həyatı Tatul Akopyan 29 dekabr 1969-cu ildə, SSRİ respublikalarından olan Ermənistan SSR-nin şimal-şərqində, Azərbaycan SSR ilə sərhəd yaxınlığındakı Balakənd kəndində anadan oluşdur. O, İrəvan Dövlət Universitetində təhsil almış və 1995-ci ildə həmin universitetin Jurnalistika fakültəsindən məzun olmuşdur. Akopyan həmçinin, Gürcüstanın paytaxtı Tbilisi şəhərindəki Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun məzunudur.
Karyerası Akopyan əvvəllər "Ankakhutyun" (1991–1995), "Yerkir" (1998–2000), "Azg" (2000–2006), "Aztag" (2005–2016) və "The Armenian Reporter" (2008–2009) qəzetlərində müxbir, o cümlədən Ermənistan İctimai Radiosunun "Radiolur" xəbər proqramının regional məsələlər üzrə müşahidəçisi (2004–2008) kimi çalışmışdır. O, 2009-cu ildən 2021-ci ilin fevralına qədər müstəqil "Sivilitas fondu"nun (CivilNet) müxbiri və analitiki olaraq çalışmışdır.
Akopyan 2014-cü ildən İrəvanda yerləşən "ANİ Erməni Araşdırmaları Fondu"nun direktorudur. O, hal-hazırda Tbilisidə yerləşən "Aliq Media" erməni xəbər agentliyinin köşə yazarıdır.
Şəxsi həyatı Akopyan ailəlidir və iki oğlu var. O, erməni, rus, ingilis və ispan dillərində danışır.
Əsərlər Կանաչ ու սև. արցախյան օրագիր [Yaşıl və qara: Qarabağ gündəliyi] (2008) Հայացք Արարատից. հայերը և թուրքերը [Ağrıdan görüntü: Ermənilər və türklər] (2012) Մահվան հովիտ․ 44-օրյա աղետ [Ölüm vadisi: 44 günlük fəlakət] (2021)
İstinadlar
Kateqoriya:Ermənistan jurnalistləri Kateqoriya:Ermənistan yazıçıları