Çiçəklənən Ermənistan və ya Dirçələn Ermənistan (, Barqavatç Hayastan kusaktsutyun; ԲՀԿ BHK) — Ermənistanda mühafizəkar siyasi partiya. 30 aprel 2004-cü ildə biznesmen Qagik Tsarukyan tərəfindən təsis edilmişdir. Həmin tarixdə partiyanın təsis qurultayı keçirilmişdir.

Partiya ideoloji olaraq siyasi spektrdə sağ mərkəz mövqe tutur. "Çiçəklənən Ermənistan" iqtisadi liberalizmi, Rusiya ilə daha sıx əlaqələri müdafiə edir. Partiya Avropa İttifaqı mövzusunda avroskeptik, sosial mövzularda isə tradisionalistdir. Partiyanın yaradılmasında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rolu olmuşdur (bəziləri Köçəryanın özünün təsisçi olduğunu iddia edir). Köçəryanın partiyadakı təsiri və rolu müzakirə mövzusudur. 2012-ci ildə əksər analitiklər Köçəryanın partiyada yaxından iştirak etdiyinə inanırdılar. Bəziləri Köçəryanın partiyanın gizli lideri olduğuna inanır, digərləri isə onun "Çiçəklənən Ermənistan" üzərində heç bir təsirinin olmadığını düşünür.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2004-cü ildə yarananlar Kateqoriya:Ermənistandakı siyasi partiyalar Kateqoriya:Sosial mühafizəkar partiyalar