Perm Dövlət Universiteti qətliamı – 20 sentyabr 2021-ci ildə Rusiyanın Perm şəhərində yerləşən Perm Dövlət Universitetində baş verən silahlı hücum. Hadisə nəticəsində azı 6 nəfər ölmüş və 28 nəfər yaralanmışdır.

Silahlı hücumun təşkilatçısı universitetin hüquq fakültəsinin tələbəsi 18 yaşlı Timur Bekmansurov olub. O, universitet korpusuna yaxınlaşaraq atəş açmağa başlayıb. Tələbələrin və müəllimlərin bir qismi universitetdə özünü qorumağa çalışıb, bir qismi isə özlərini pəncərədən atıb. İnsidentdən sonra qatil özünü öldürüb.

İstinadlar

Kateqoriya:2021-ci ildə terrorizm Kateqoriya:Kütləvi qətllər Kateqoriya:20 sentyabrdakı hadisələr