Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor.

Həyatı

Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb.

O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb.

Ölümü

Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.

Mənbə Google yaradıcılarından birini itirdi

Kateqoriya:Google Kateqoriya:1962-ci ildə doğulanlar Kateqoriya:2009-cu ildə vəfat edənlər Kateqoriya:ABŞ proqramçıları

Kateqoriya:ABŞ informatikləri