Kərim Hacıxan oğlu Kərimov () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı; Yeni Azərbaycan Partiyasının qurucu 91 üzvündən biri.

Həyatı Kərim Kərimov 1936-cı il fevralın 18-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsini bitirib.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının daha sonra Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü olub.

Kərim Kərimov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalılardan biridi.

1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilib. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvü olub.

23 sentyabr 2021-ci ildə 85 yaşında vəfat edib.

Təltifləri "Şöhrət" ordeni — 16.02.2006

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri