Riçard Giraqosyan (; ) — erməni əsilli ABŞ akademiki.

Həyatı Riçard Giraqosyan 8 yanvar 1965-ci ildə ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərində anadan olmuşdur, O, 2002-ci ildən 2006-cı ilə qədər Con F. Kennedi Xüsusi Müharibə Mərkəzində və Fort Braqq Məktəbində ABŞ Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri üçün qonaq müəllim kimi çalışmışdır. Giraqosyan doqquz il ABŞ Konqresinin Birgə İqtisadi Komitəsinin (JEC) peşəkar heyət üzvü olmuş, həmçinin keçmiş Sovet İttifaqı və Çin komitəsinin baş işçisi kimi çalışmışdır. O, Asiya İnkişaf Bankında, Avropa İttifaqının Ermənistandakı Nümayəndəliyində, Fransa Müdafiə Nazirliyində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında, o cümlədən ABŞ Dövlət Departamentində məsləhətçi işləmişdir. Əlavə olaraq, Giraqosyan Avropa Xarici Əlaqələr Şurası, "Le Monde", "Moscow Times" və "Turkish Policy Quarterly" publikasiyaları üçün məqalələr yazmışdır. O, hal-hazırda "Əl-Cəzirə" və "Asia Times"da analitik olaraq çalışır, həmçinin İrəvanda yerləşən Regional Araşdırmalar Mərkəzinin direktorudur.

İstinadlar

Kateqoriya:ABŞ politoloqları Kateqoriya:ABŞ erməniləri