Jair Messias Bolsonaru (; ) — Braziliyalı siyasətçi və 1 yanvar 2019-31 dekabr 2022-ci illərdə Braziliya Prezidenti postunu tutan təqaüddə olan hərbi zabit.
Bolsonaru San-Paulu ştatının Gliseriu şəhərində anadan olub. 1977-ci ildə Aqulyas Neqras Hərbi Akademiyasını bitirib və Braziliya Ordusunun sahə artilleriyası və paraşütçü birləşmələrində xidmət edib. 1986-cı ildə "Veja" dərgisində hərbi məmurların aşağı maaşlarını tənqid edən məqalə yazdıqdan sonra ictimaiyyətdə tanındı və bu səbəbdən 15 gün həbs edildi. Bir il sonra eyni jurnal onu inkar etdiyi hərbi hissələrə bomba qoymağı planlaşdırmaqda günahlandırdı. Aşağı məhkəmə tərəfindən mühakimə olunduqdan sonra, Braziliya Ali Hərbi Məhkəməsi 1988-ci ildə ona bəraət verdi. 1988-ci ildə kapitan rütbəsi ilə ehtiyata buraxıldı və həmin il Rio-de-Janeyro Şəhər Şurasına Xristian Demokrat Partiyasından üzv seçildi. 1990-cı ildə Bolsonaru Konqresin aşağı palatasına seçildi və altı dəfə bu postda qalmağı bacardı. 27 illik konqres üzvü olduğu müddətdə milli mühafizəkarlığı güclü şəkildə dəstəkləməsi ilə tanındı. O, eynicinsli evliliklərin və homoseksuallığın, abortun, müsbət ayrıseçkiliyin, narkotiklərin liberallaşdırılmasının və dünyəviliyin kəskin tənqidçisidir. Xarici siyasətdə ABŞ və İsraillə daha sıx əlaqələrin tərəfdarıdır. 2018-ci il Braziliya ümumi seçki kampaniyası zamanı iqtisadi cəhətdən liberal və bazar tərəfdarı siyasətlərlə çalışmağa başladı. Qütbləşən və mübahisəli siyasətçinin ifrat sağçı və populist olaraq xarakterizə olunan fikirləri və şərhləri Braziliyada həm tərif, həm də tənqid topladı.
Bolsonaru 2016-cı ilin mart ayında Sosial Xristian Partiyasının üzvü olaraq prezidentliyə namizədliyini irəli sürdü. 2018-ci ildə partiyanı tərk etdi və Sosial Liberal Partiyasına qatıldı, həmin ilin avqust ayında prezidentlik kampaniyasına başladı, təqaüddə general Amilton Mouran kompaniyada ona yoldaşlıq etdi. O, özünü ailə dəyərlərinin tərəfdarı kimi göstərdi. O, 7 oktyabr 2018-ci ildə keçirilən ümumi seçkinin birinci turunda birinci oldu, İşçilər Partiyasının namizədi Fernandu Addad ikinci oldu. İki namizəd 28 oktyabr 2018-ci ildə ikinci turda yarışdı və Bolsonaru xalq səslərinin 55,1%-i ilə seçildi.
Bolsonaru bir çox ordu zabitini kabinetində əsas vəzifələrə yerləşdirdi. Andiçmə mərasimindən öncə, Bolsonaru hökumətindəki vəzifələri ideoloji rəğbətdən çox yalnız texniki keyfiyyətlərə və bacarıqlara əsaslanacağını söylədi. Onun prezidentliyi dövründə bir çox təyinatlı adamlarla hökumət arasında ideoloji ziddiyyətlər yarandı. Ədliyyə və Təhsil nazirləri, Hökumət Katibi, poçt xidmətinin rəhbəri və digər dövlət məmurları Bolsonarunun xeyrinə istefa verdi. Vəzifəyə başladığı ilk aylarda ilk növbədə 2014-cü il Braziliya iqtisadi böhranı ilə əlaqədar olaraq ölkədə yaranan daxili problemlərə diqqət çəkdi. İqtisadiyyat vəzifəyə başladığı ilk il ərzində yavaş-yavaş böyüsə də, canlandı, cinayət nisbətləri isə kəskin şəkildə aşağı düşdü. Çoxlu mübahisələrin baş verməsi onun rəhbərliyinin ilk illərini xarakterizə etdi. 2019-cu ildə Bolsonaru Sosial Liberal Partiyanı digər üzvləri ilə qarşıdurma şəraitində tərk etdi və Braziliya üçün İttifaqı qurdu. Prezidentliyi dövründə Amazon yağış meşələrindəki yerli qrupların qorunmasını tədbirini ləğv etdi və meşələrin qırılması və məhv edilməsinə yol açdı. Bolsonarunun Braziliyada COVID-19 pandemiyasına cavab reaksiyası pandemiya və onun təsirlərini kiçiltmək, karantin tədbirlərinə qarşı çıxmaq və iki səhiyyə nazirini vəzifədən azad etmək istədikdən sonra siyasi spektrdə tənqid edildi. Vəzifəyə başladığı ilk il ərzində toplanan ictimai rəy 2021-ci ildə mənfi olmazdan öncə, təcili yardımların verilməsindən sonra qısa müddətdə yenidən pozitiv sferada dəyişdi və 2020-ci ilin əksər dövründə mənfiyə çevrildi.
Həyatı Bolsonaru 21 mart 1955-ci ildə Braziliyanın cənub-şərqindəki San-Paulu ştatının Qliseriu şəhərində, Persi Jeraldo Bolsonaru və Olinda Bonturinin ailəsində anadan olmuşdur. Ailəsi əsasən italyan mənşəlidir, bəzi alman kökləri də var. Atası tərəfində Veneto və Kalabriya italyanlarından gəlir. Bolsonarunun ata babasının ailəsi Padua əyalətindəki Venetodan, daha doğrusu Anquilara-Venetadandır. Böyük babası Vittorio Bolzonaro 12 aprel 1878-ci ildə anadan olub. Vittorionun valideynləri qardaşları Covanna və Trankvilo ilə birlikdə on yaşında ikən Braziliyaya köçmüşlər. Alman ata babası 1886-cı ildə Braziliyaya köçmüş, 1876-cı ildə Hamburqda anadan olmuş Karl "Karlos" Hinttsedir. Anasının babası və nənəsi Lukkada, Toskanada anadan olub və 1890-cı illərdə Braziliyaya köçüblər.
Bolsonaru uşaqlığını 1966-cı ildə əyalətin cənub bölgəsindəki Eldoraduda məskunlaşmadan öncə Ribeyra, Jundiai və Seti-Barrasda ailəsi ilə birlikdə yaşayaraq San-Paulu ətrafında keçirdi.
Bolsonarunun adı Palmeyrasın futbolçusu və eyni gündə 34 yaşını qeyd edən Jair da Roza Pintodan gəlir.
thumb|Bolsonaru və iki oğlu, Eduardu və Flavio, 1980-ci illərin sonu Bolsonaru üç dəfə evləndi və beş övladı var. İlk həyat yoldaşı Rogeriya Nant Braqa idi. İkinci evliliyi Ana Kristina Valle ilə oldu. 2007-ci ildə üçüncü və indiki həyat yoldaşı Mişel Bolsonaru ilə evləndi. Konqresdə işləyərkən Bolsonaru Mişeli katib olaraq işə götürdü və sonrakı iki il ərzində qeyri-adi promosyonlar aldı və əmək haqqını üç dəfədən çox artırdı. Ali Federal Məhkəmə qohum əlaqələrinin dövlət idarəçiliyində qanunsuz olduğuna qərar verdikdən sonra onu işdən qovmaq məcburiyyətində qaldı. 2018-ci ildən etibarən Bolsonaru və həyat yoldaşı Rio-de-Janeyronun Barra-da-Tijuka səmtində yaşayırlar.
Hərbi fəaliyyəti Liseyin son illərində Bolsonaru 1973-cü ildə daxil olduğu Ordu Kadet Hazırlıq Məktəbnə qəbul edildi. 1974-cü ildə Aqulyas Neqras Hərbi Akademiyasına 1977-ci ildə məzun olaraq artilleriya zabiti ixtisası üzrə qəbul edildi. Matu-Qrosu-du-Sul ştatının Niuaki şəhərində 9-cu Sahə Artilleriya Qrupunda xidmət etdi. Daha sonra Rio-de-Janeyrodakı Ordu Bədən Tərbiyəsi Məktəbində oxudu və eyni şəhərdə olan paraşütçü briqadasından 21-ci Sahə Artilleriya Qrupu və 8-ci Paraşütçü Sahə Artilleriya Qrupunda xidmət etdi. Zabitlər onun "aqressiv" olduğunu və "maliyyə və iqtisadi mənfəət əldə etmək üçün həddindən artıq çalışdığı"nı söylədilər. Qiymətləndirmə Bolsonarunun Baiya əyalətində qızıl çıxarmaq cəhdindən bəhs etdi, ona görə bu fəaliyyət yalnız "hobbi və zehni gigiyena" idi. 1987-ci ildə Zabitləri Təkmilləşdirmə Məktəbində oxudu və burada artilleriya kursu keçdi.
Bolsonarunun ilk yüksəlişi 1986-cı ildə "Veja" xəbər jurnalına müsahibə verməsindən sonra baş verdi. Ordu maaşlarının azlığından şikayətləndi və Ali Komandanlığın zabitləri büdcənin kəsilməsi səbəbiylə işdən çıxardığını və komandanlığın mətbuata dediyi kimi "davranış sapmaları" nümayiş etdirdikləri üçün yox vəsaitin olmadığını iddia etdi. Rəhbərləri tərəfindən tənbeh edilməsinə baxmayaraq, Bolsonaru zabitlərdən və hərbçilərin yoldaşlarından alqış aldı, Braziliyanın yeni sivil demokratik hökumətindən narazı olan sərt sağçılardan oldu.
1987-ci ilin oktyabrında Bolsonaru yeni ittihamla üzləşdi. "Veja" ordu həmkarı ilə birlikdə Rio-de-Janeyrodakı hərbi hissələrə bomba yerləşdirmək planlarının olduğunu bildirdi. Bolsonaru iddianı "fantaziya" adlandırdıqdan sonra jurnal növbəti sayında planın detallı olduğu eskizləri dərc etdi. Rəsmlərin Bolsonaru tərəfindən çəkildiyi iddia olunur. 2018-ci ildə "O Estado de S. Paulo" qəzeti tərəfindən ortaya çıxarılan rəsmi qeydlər işi ətraflı izah etdi. Əsaslandırma Şurası adlı inzibati hərbi büronun araşdırmasından sonra Bolsonaru yekdilliklə günahkar sayıldı. Bu siyahıya görə, Bolsonarunun "ciddi şəxsiyyət sapması və peşəkar deformasiya", "ordudan ayrılmaq üçün mənəvi cəsarətinin olmaması" və "Veja" ilə tez-tez təmasları rədd edilərkən "bütün proses boyunca yalan danışması" sübuta yetirildi. Daha sonra Ali Hərbi Məhkəmə işi araşdırdı. Davanın bildirilməsindən məsul general "Veja"-da yerləşdirilən ilk məqalə üçün artıq cəzalandırıldığını, bomba qurmaq planına dair heç bir şahidlik sübutunun olmadığını və "dörd qrafik baxımdan dərin ziddiyyətlərin olduğunu" irəli sürərək Bolsonarunun bəraət almasına səs verdi. Bolsonaru məhkəmə üzvlərinin əksəriyyəti tərəfindən bəraət aldı. 1988-ci ilin dekabrında, bu hökmdən dərhal sonra, siyasi fəaliyyətinə başlamaq üçün ordudan ayrıldı. 15 il orduda xidmət edərək kapitan rütbəsinə çatdı.
Siyasi fəaliyyəti
Rio-de-Janeyro Bələdiyyə Məclisinin üzvü fəaliyyəti thumb|upright|Bolsonaru 1990-cı ilin martında Rio-de-Janeyro Bələdiyyə Məclisi üzvü olaraq seçildi; eyniilin oktyabrında Riodan federal millət vəkili seçildi
Bolsonaru 1988-ci ildə siyasətə başladı, Xristian Demokrat Partiyasını təmsil edərək Rio-de-Janeyroda bələdiyyəyə məclis üzvü seçildi. Oğlu Flavionun tərcümeyi-halına görə, Bolsonaru "məclis üzvlüyünə namizəd idi, çünki bu anda bəzi rəhbərlər tərəfindən təqib edilməməsi üçün yeganə variant idi. Siyasətə başlaması təsadüfən baş verdi, çünki arzusu hərbi fəaliyyətini davam etdirmək idi".
Cəmi iki ilini Rio-de-Janeyro Bələdiyyə Palatasında keçirdi. Səssiz, təmkinli və mühafizəkar məclis üzvü kimi xarakterizə edildi və müzakirələrdə az iştirak etdi. Onun müşavirlik dövrü əsasən keçmiş zabitlərin təqaüdçüsü kimi hərbi səbəbləri aydınlaşdırmaqdan ibarət idi.
Rio-de-Janeyro üzrə federal müavin fəaliyyəti 1990-cı il seçkilərində Bolsonaru Xristian Demokrat Partiyasının federal millət vəkili seçildi. 1991-ci ildən 2018-ci ilə qədər ardıcıl olaraq yeddi müddət vəzifə yerinə yetirmişdir. Bu illər ərzində bir neçə digər Braziliya siyasi partiyası ilə əlaqəli olmuşdur. 2014-cü ildə Rio-de-Janeyroda ən çox səs toplayan konqresmen idi, o, bu seçkilərdə 465.000 səs toplamağa nail oldu.
Braziliya Milli Konqresində 27 illik xidmətində bir konstitusiya dəyişikliyi və ən azı 171 qanun layihəsi irəli sürdü, bunlardan ikisi qəbul edildi. Sol partiyalar tərəfindən təqib edildiyini iddia edən Bolsonaru konqresmenlərin əksəriyyətinin gündəmə uyğun olaraq deyil, "qanun layihəsinin müəllifinin kim olduğuna görə" səs verdiyini söylədi.
2018-ci ilin yanvar ayında Bolsonaru Sosial Xristian Partiyasını tərk edərək Sosial Liberal Partiyasına keçdi. Gəlişindən sonra SLP mühafizəkar və sağçı mövqeləri qəbul etdi və sosial liberal qrup olan "Livres" SLP-dan ayrıldığını elan etdi.
Seçki kampaniyası 22 iyul 2018-ci ildə SLP Bolsonarunu 2018-ci il seçkilərində prezidentliyə namizəd göstərdi. Braziliya Əmək Yeniləmə Partiyası da onu dəstəklədi. Onun koalisiya adı "Braziliya hər şeydən üstündür, Allah hər kəsdən üstündür" idi. İki iddia ilə etiraz edilsə də, Braziliya Ali Seçki Məhkəməsi onları ləğv etdi və namizədliyi 6 avqustda rəsmiləşdirildi. Avqust ayında Bolsonaru istefada olan ordu generalı Antonio Amilton Mouranın seçkilərdə ona yoldaşlıq edəcəyini açıqladı.
thumb|left|Bolsonaru dəstəkçiləri Londonda, 7 oktyabr 2018 Siyasi müfəttişlərə görə, Bolsonaru kampaniyanın əvvəlində daha az aqressiv və qarşıdurma tərzi göstərdi. İqtisadi olaraq, hökumətin iqtisadiyyata daha az müdaxiləsini dəstəkləməyə başladı. Digər tərəfdən, cinayətə və "ənənəvi ailə dəyərlərini" müdafiə etməyə qarşı sərt mövqeyini qorudu. Bolsonaru artım yaratmaq və işsizliklə mübarizə aparmaq üçün, xüsusən miraslar və iş yerləri üzrə vergiləri azaltmağı planlaşdırdığını söylədi. O, daha çox qənaət tədbirləri və hökumət xərclərində azalma vəd etdi, lakin ixtisar edəcəyi sahələri adlandırmaqda çətinlik çəkdi. O, federal tənzimləmə tədbirləri tətbiq edərək federal hökumətin ölçüsünü və bürokratiyasını azaltmaq üçün çalışacağını da söylədi. Bolsonarunun rekord yüksək cinayət ortasında təhlükəsizliyi bərpa edəcəyinə və Braziliyanın tüğyan edən siyasi korrupsiyasına son qoyacağına dair vədləri ona böyük dəstək qazandırdı. Oktyabr ayında liberal iqtisadçı Paulo Qedesi Maliyyə Naziri təyin edəcəyini açıqladı.https://web.archive.org/web/20181016164906/https://politica.estadao.com.br/noticias/eleicoes,bolsonaro-anuncia-nomes-de-tres-ministros-em-eventual-governo,70002544037