Samvel Cəmili Karapetyan (; təxəllüsü: Oqanovski; ) — Ermənistan hərbi komandiri. O, Birinci Qarabağ müharibəsində iştirak etmişdir və general-mayor rütbəsinə malikdir.
Həyatı Samvel Karapetyan 1962-ci ildə Xankəndində anadan olmuşdur. O, 1980–1983-cü illərdə SSRİ Silahlı Qüvvələrində xidmət etmişdir. Qarabağ hərəkatının tərəfdaşlarından biri olan Karapetyan başçılıq etdiyi dəstə 1988-ci ildə Əsgəran yaxınlığında mitinq üçün Ağdamdan Xankəndinə doğru irəliləyən azərbaycanlıların önünə çıxmış, nəticədə çaxnaşma yaranmışdır. O, Birinci Qarabağ müharibəsində fəal iştirak etmişdir.Секрет Полишинеля по-армянски
Karapetyan 1992–1994-cü illərdə Xankəndi alayına komandanlıq etmişdir. Onun komandanlığı altında olan qüvvələr Qarabağda 18-ə yaxın kəndi işğal etmişdir. Karapetyan Araz çayından Murov dağ silsiləsinə qədər olan ərazidə gedən döyüşlərdə iştirak etmiş, döyüş meydanında dəfələrlə yaralanmışdır.
Aparılan istintaq sonrası məlum olmuşdur ki, Karapetyan 1 mart 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyaları zamanı nümayişçilərə atəş açılmasını əmr etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Саркисян С. Т. Энциклопедия Арцах-Карабаха. Спб., 2005. — 312 с.: ил. ISBN 5-9676-0034-5 Ով ով է. Հայեր. Կենսագրական հանրագիտարան, հատոր առաջին, Երևան, 2005.
Kateqoriya:Ermənistan hərbçiləri Kateqoriya:Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Artsax Qəhrəmanları