On əmr — 1956-ci il amerikan epik-dram filmi. İncil əsasında çəkilmiş filmdə fironun bacısı tərəfindən övladlığa götürülən və Misir şahzadəsi kimi böyüyən, amma əslində yəhudi olan Musanın yəhudiləri qulluqdan xilas edərək Sina dağına aparmasından və sonrasında olan hadisələrdən bəhs edir.

Mövzusu Yuxusunun yozumunu dinlədikdən sonra firon I Ramses Misirdə doğulan bütün yəhudi uşaqlarının öldürməsini əmr edir. Yokabel hələ çağa olan oğlunu qurtarmaq üçün onu səbətdə Nilə buraxır. Fironun yaxın vaxtlarda dul qalan qızı Biziah (gələcəkdəki firon I Setinin bacısı) səbəti tapır və qulluqçusu Memnetin uşağın yəhudi olmasından narahat olmasına baxmayaraq uşağı övladlığa götürür. Biziah uşağa Musa adını verir.

Şahzadə Musa böyük sərkərdə olaraq böyüyür və gələcəkdə Efiopiya ilə olan savaşı ittifaq quraraq qazanır. Musa və Nefretiri bir-birlərinə aşiq olurlar. Ancaq Nefretiri kraliyyət soyunu qorumaq üçün bir sonrakı fironla evlənmək məcburiyyətindədir. Yeni bir şəhər inşa etdirən Musa ona ibrani tanrısından bəhs edən daş ustası Yaşua ilə tanış olur. Musa anası olduğunu bilmədiyi yaşlı Yokabeli daş altında qalıb əzilməkdən qurtarır.

Musa tikintidə qullarla rəftarı qaydaya qalır. Ancaq Musanın ögey qardaşı, Setinin oğlu Ramses onu üsyana hazırlıqda günahlandırır. Musanın bu yolla yəhudilərin daha məhsuldar işləmələrini deməsi Ramsesin ağlına Musanın yəhudilərin qurtarıcı hesab etdiyi xilaskar olması fikrini gətirir.

Nefretiri Memnetdən Musanın ibrani əsilli olduğunu öyrənir. Xəbər yayılmasın deyə Memneti öldürür. Amma Musa otaqda Memnetin illər uzunu saxladığı yəhudilərə aid parça tapır. Nefretiri məcbur qalıb hər şeyi açıqlayır. Musa Biziahı bioloji anası, qardaşı Harun və bacısı Məryəm ilə tanış olduğu Yokabelin evinə qədər izləyir.

Musa onlarla işləyərək qullar haqqında daha çox şey öyrənir. Nefretiri Musadan firon olanda xalqına kömək edə bilməsi üçün saraya dönməsini istəyir. Musa son bir missiyanı yerinə yetirəndən sonra bunu etməyi qəbul edir. Musa Bakayı öldürərək Coşuanı ölümdən xilas edir və Coşuaya əslində onun da yəhudi olduğunu açıqlayır. Datan bu etirafı eşidir və bunu şahzadə Ramsesə çatdırır. Tutulandan sonra Musa xilasedici olmadığını, ancaq əlindən gəlsə, qulları azad edəcəyini deyir. Seti şahzadə Ramsesi tək varisi elan edir və Ramses Musanı səhraya sürgün edir. Bu əsnada Musa anasının ölümünü öyrənir. Musa səhranı keçərək Mədyəndəki bir quyuyla rastlaşır. Orada quldurlardan yeddi bacını qoruduqdan sonra Musa İbrahimin tanrısına sitayiş edən bədəvi şeyxi olan qızların atası Şueyb ilə birlikdə qalır. Musa Şueybin ən böyük qızı Sefora ilə evlənir. Daha sonra Misirdə yəhudilərin məruz qaldığı əzablardan qaçan Çoşuanı tapır. Musa qoyunları otardığı vaxtda Sina dağının zirvəsində yanan kolu görür və Allahın səsini eşidir. Musa yəhudiləri sərbəst buraxmaq üçün Misirə qayıdır.

Musa yəhudiləri qulluqdan xilas etmək üçün artıq firon olmuş II Ramsesin qarşısına çıxır və hamının gözü qarşısında Musanın əsası kobraya çevrilir. Buna qarşılıq olaraq fironun sehirbazları da asalarını kobraya çevirir. Amma Musanın ilanı onlarınkını udur. Firon açığından yəhudilərə kərpic düzəltmək üçün saman verilməsini qadağan edir. Nefretiri Musanı evli olduğunu açıqladığı ibranilər tərəfindən daşlanmaqdan qurtarır.

Misir vəbanın əsarətindədir. Musa bayramda Nili qana boyayır və fironun sarayına yanan dolu yağdırır. Musa Misirə gələcək bir sonrakı bəlanın fironun özü tərəfindən çağrılacağı haqqında ona xəbərdarlıq edir. Vəba bəlasəndan qəzəblənən Ramses ilk doğulan bütün yəhudilərin ölməsini əmr edir. Ancaq bu ölüm bulud halında yerə enir və Ramseslə Nefretirinin uşağı da daxil olmaqla Misirin bütün ilk doğulanlarını öldürür. Varisini itirməsindən dolayı ümidsiz olan firon Misirdən Çıxışa başlayan yəhudiləri sürgünə göndərir.

Nefretiri tərəfindən ələ salındıqdan sonra Ramses savaş arabalarıyla yəhudiləri Qırmızı dənizə qədər izləyir. Musa misirliləri alov burulğunu ilə durdurmaq və Qırmızı dənizi yarmaq üçün tanrının yardımından istifadə edir. Yəhudilər təhlükəsiz yerə çıxdıqdan sonra Misir ordularını boğmaq üçün suları sərbəst buraxır. Məğlub olmuş Ramses Musanın ilahını tanrı olaraq qəbul etdiyini deyərək Nefretiriyə əliboş qayıdır.

Musa yenidən Yeşua ilə birlikdə dağa qalxır. O, Allahın yaratdığı On əmri iki daş lövhədə görür. Bu vaxt səbirsiz Datan istəksiz Harunu qızıldan dana bütü düzəltməyə məcbur edir. Yəhudalar Allahın yolundan uzaqlaşır.

Allah Musaya olanları xəbər verdikdən sonra Musa dağdan enir. Gəlib olanları gördükdə lövhələri qızıl dana bütünə atır və onu parçalayır, yoldan çıxmışları öldürür və digərlərini 40 il səhrada gəzməyə vadar edir. Daha sonra yaşlı Musa yəhudiləri Kənana doğru aparır. Ancaq əvvəllər Rəbbə itaətsizlik göstərdiyinə görə vəd edilmiş ölkəyə girə bilmir. Bunun əvəzinə Yaşuanı lider olaraq adlandırır və Nebo dağında yəhudilər ilə vidalaşır.

Rollarda

Çarlton Heston — MusaCharlton Heston. İstifadə tarixi: 22 iyul 2026. Yul Brinner — RamsesYul Brynner. İstifadə tarixi: 22 iyul 2026. Enn Bakster — NefretiriAnne Baxter. İstifadə tarixi: 22 iyul 2026. Edvard Q. Robinson — DatanEdward G. Robinson. İstifadə tarixi: 22 iyul 2026. İvon de Karlo — SeforaYvonne De Carlo. İstifadə tarixi: 22 iyul 2026. Debra Pejet — LiliyaDebra Paget. İstifadə tarixi: 22 iyul 2026. Con Derek — Yuşa (Coşua)John Derek. İstifadə tarixi: 22 iyul 2026. Sedrik Hardvik — SetiCedric Hardwicke. İstifadə tarixi: 22 iyul 2026. Nina Fok — BitiyaNina Foch. İstifadə tarixi: 22 iyul 2026. Marta Skott — YoxabelMartha Scott. İstifadə tarixi: 22 iyul 2026. Cudit Anderson — MemnetJudith Anderson. İstifadə tarixi: 22 iyul 2026. Vinsent Prays — BakaVincent Price. İstifadə tarixi: 22 iyul 2026. Con Karradin — HarunJohn Carradine. İstifadə tarixi: 22 iyul 2026. Oliv Dirinq — MiriamOlive Deering. İstifadə tarixi: 22 iyul 2026. Duqlas Dambril — YannesDouglass Dumbrille. İstifadə tarixi: 22 iyul 2026. Frenk Dekova — AbiramFrank DeKova. İstifadə tarixi: 22 iyul 2026. Henri Uilkoksan — PentaurHenry Wilcoxon. İstifadə tarixi: 22 iyul 2026. Eduard Frans — YetroEduard Franz. İstifadə tarixi: 22 iyul 2026. Donald Körtis — MeredDonald Curtis. İstifadə tarixi: 22 iyul 2026. Lorens Dobkin — Hur Ben KalebLawrence Dobkin. İstifadə tarixi: 22 iyul 2026. H.B. Uorner — Amminadab Culiya Fey — Elişeva Freyzer C. Heston — Körpə Musa Mike Connors Riçard Farnsuort

Mükafatlar MükafatKateqoriyaNamizədNəticə Akamediya MükafatlarıRəngli filmdə ən yaxşı bədii tərtibatBədii tərtibatçılar: Hal Pereyra, Volter H. Tayler və Albert Nozaki Set tərtibatçıları: Samuel M. Komer və Rey Moyer Rəngli filmdə ən yaxşı operator işiLoyal Qriqqs Rəngli filmdə ən yaxşı kostyum dizaynıEdit Hed, Ralf Cester, Con Yensen, Doroti Cikins və Arnold Friberq Ən yaxşı montajEnn Baukens Ən yaxşı filmSesil B. Demill — prodüser Ən yaxşı səs yazısıParamount studiyasının səs şöbəsi və səs rejissoru Loren L. Rayder Ən yaxşı xüsusi effektlərCon P. Fulton "Boxiffice Blue Ribbon" mükafatı1957-ci ilin yanvar ayının ən yaxşı filmiSesil B. Demill Koliforniya Qadın Klubları Federasiyasının Kino Sənayesi MükafatlarıƏn yaxşı aktyorÇarlton Hesto Ən yaxşı rejissorSesil B. Demill Ən yaxşı filmParamount və Sesil B. Demill Kristian Herald oxucu mükafatı1957-ci ilin ən yaxşı filmiSesil B. Demill Gündəlik Filmin Kino aləminin məşhur beşliyi mükafatı4-cü ən yaxşı aktyorÇarlton Heston 5-ci ən yaxşı rejissorSesil B. Demill 5-ci ən yaxşı çəkilmiş filmLoyal Qriqqs 5-ci ən yaxşı ssenariEneyas Makkenzi, Cessi L. Laski cunyor, Cek Qariss və Fredrik M. Frank Xarici dilli mətbuatın kino tənqidçiləri dərnəyinin mükafatı"Lingual Press Votes 1956 'Content' Award to DeMille; Norman Corwin Top Writer". İstifadə tarixi: 6 avqust 2026.Ən yaxşı rejissorSesil B. Demill Gümüş Fotoqrama mükafatıƏn yaxşı xarici aktyorÇarlton Heston Qızıl Qlobus MükafatlarıDram janrında bədii filmdə ən yaxşı aktyor ifasıÇarlton Heston Dəfnə (Laurel — "Lorəl") MükafatlarıƏn yaxşı dramatik kişi ifasıÇarlton Heston 5-ci ən yaxşı qadın dramatik ifasıEnn Bakster 3-cü ən yaxşı yardımçı qadın roluİvon De Karlo Milli Kino İcmalı Şurasının mükafatlarıƏn yaxşı aktyorYul Brinner (həmçinin "Anastasiya" və "Kral və mən" filmlərinə görə)

Həmçinin bax

On əmr (1923)

İstinadlar Kateqoriya:ABŞ-nin tarixi filmləri Kateqoriya:Qədim Misir haqqında filmlər Kateqoriya:Xristianlıq haqqında filmlər Kateqoriya:Yəhudilər və iudaizm haqqında filmlər Kateqoriya:Paramount Pictures filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1956-cı ilin filmləri Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:ABŞ filmlərinin remeykləri Kateqoriya:İngilis dilində dram filmləri Kateqoriya:ABŞ-nin komediya filmləri Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Bir neçə əsər əsasında çəkilmiş filmlər Kateqoriya:Köləlik haqqında filmlər Kateqoriya:Epik filmlər Kateqoriya:Musa