və ya Arisa Yaqi – Yaponiya modeli və aktrisası. 2008-2012-ci illərdə "Nicola" jurnalının ekslüsiv modeli olmuşdur. 2012-ci ildən "Vivi" dəb jurnalının ekslüsiv modelidir. 2013-cü ildə "De ki, səni sevirəm" filmində Mequmi Kitaqava rolunda çıxış edərək aktrisa kimi debüt etmişdir.

İlk illəri Alissa Yaqi 31 iyul 1995-ci ildə Yaponiyanın Hokkaydo prefekturasında anadan olmuşdur. Atası fransız, anası yapondur. İngilis və yapon dillərində səlis danışır, koreya və çin dillərini də öyrənib.

Karyerası Yaqi Hokkaydoda qurulmuş Actors Studio agentliyi ilə əməkdaşlıq edərək Teardrops qız qrupunda debüt etsə də, 2006-cı ilin oktyabrında oranı tərk etmişdir. "Qızıl kompas" filminin yaponca dublajı üçün sınaqlara qatılmış və müsabiqənin finalçısı olmuşdur. Bu zaman "Nicola" jurnalı tərəfindən kəşf edilmişdir. 2008-ci ilin fevralında jurnal üçün ekslüsiv modellik etməyə başlamışdır. 2012-ci ildə isə "Nicola" jurnalından ayrılmışdır. Həmin il "Vivi" jurnalının ekslüsiv modeli seçilmişdir.

2014-cü ildə Cənubi Koreyanın "Biz evlənmişik: Qlobal buraxılış" verilişində iştirak edərək Shinee qrupunun üzvü Kim Kibom ilə cüt olmuşdur. Oktyabr ayında A-Nation ilə Qızlar mükafatı ada kolleksiyasının birgə əməkdaşlığı ilə Sinqapurda keçirilmiş konsert tədbirində və Tayvandakı Super Qızlar Eksposunda modellik etmişdir. 2015-ci ildə Tokio podiumunun yaz/yay və Kobe kolleksiyasının yaz/yay şouları üçün model olmuşdur.

2016-ci ildə Tokio qızlar kolleksiyasının payız/qış şousunda modellik etmişdir. 20 avqust 2016-cı ildə ilk fotokitabı olan "Yaqi jurnalı" fotokitabını buraxmışdır.

2018-ci ildə Tokio qızlar kolleksiyasının payız/qış şousunda modellik etmişdir. 2019-cu ildə Rakuten Qızlar Mükafatının yaz/yay şousunun modeli kimi çıxış etmişdir. Yaqi Samantha Thavasa, Candy Stripper, Canmake kimi dəb və kosmetika brendlərinin mətbuat katibliyini etmişdir.

Nəşrlər Fotokitablar İl Başlıq Nəşriyyat ISBN 2016 Kodansha

Filmoqrafiya

Musiqi videoları İl Başlıq Sənətçi 2008 "Anata ga Koko ni Itara" Porno Graffitti 2015 "Ohhh!!! Hanabi" Porno Graffitti "Ashita wa Kitto Ii Hi ni Naru" Rihwa

Televiziya İl Başlıq Rol Şəbəkə Qeyd 2009-2010 Qalstuk şahzadəsi özünü TV Tokyo Daimi şou 2014 Biz evlənmişik: Qlobal buraxılış (II mövsüm) özünü MBC TV Kim Kibom (Shinee) ilə birlikdə 2018 Sevgi sevgi yadplanetlisi 2 Sumire Kitamura Fuji TV —

Filmlər

İl Başlıq Rol Qeydlər İst. 2014De ki, səni sevirəm Mequmi Kitaqava ilk aktrisa rolu 2018Zeniqata Savako Suqiyama2019Ehtiraslı kələk: Qız oğlanla qarşılaşır Gəl məni yenə öp! Akari Kazami baş rol Gecəyarı istisində məni öp Şu Uçida 2021Günəş hələ də batmır Nana Biz gözəl buket hazırladıq

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:XXI əsr aktrisaları