Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı.

Tarixi Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.

İstinadlar

Əlavə ədəbiyyat Бояркин Н. И. Мордовская народная инструментальная музыка // Мордовия. Энциклопедия: в 2 томах / Гл. ред. А. И. Сухарев. — Саранск: Институт гуманитарных наук при Правительстве Республики Мордовия, 2004. — Т. 2 (М—Я). — С. 29—30. — 704 с. — ISBN 5-900029-08-5. Бояркин Н. И., Бояркина Л. Б. Мордовские инструментальные традиции: музыкально-этнографическое исследование.— Т. I, II.— Саранск, 2019.

Kateqoriya:Mordoviya musiqisi