Suy He (; ) – Çin modeli və aktrisası. İlk Şərqi Asiya modelidir ki, Ralph Lauren brendinin podiumuna çıxıb və ikinci çinli modeldir ki, Victoria's Secret Dəb Şousunda çıxış edib. Suy "W" jurnalının üzlüyündə də yer almışdır.

İlk illəri 23 sentyabr 1989-cu ildə Çinin Çjetszyan əyalətinin Vençjou şəhərində doğulmuşdur. Yeddi il boyunca şəhərin üzgüçülük komandasının üzvü olmuşdur.

Karyerası 17 yaşında liseydə təhsil alarkən yerli modellik müsabiqələrinin birinə qatılaraq qalib olmuşdur. Müsabiqənin qalibi kimi Pekində Bentley Culture Development şirkəti ilə müqavilə imzalamışdır.

2013-cü ildə Suy He Models.com saytı tərəfindən "Top-50 qadın model siyahısı"nda 13-cü yerdə göstərilmişdir. O, Models.com saytının 2011-ci ildəki eyni siyahısına da düşmüşdür.

Podiumda ilk debütü 2011-ci ilin yaz/yay mövsümündəki Sevgi, seks və pul şousunda olmuşdur. 2011-ci ilin payız/qış mövsümündə Nyu-Yorkda Ralph Lauren və Vivienne Tam üçün modellik etmiş, Milanda Dolce & Gabbana üçün, Parisdə üçün isə Shiatzy Chen və Dries van Noten üçün podiuma çıxmışdır. Həmin mövsüm göstərdiyi uğurlardan sonra "New York Magazine" tərəfindən 2011-ci ilin payız mövsümünün top-10 siması və style.com saytının top-10 yeni modeli siyahılarına düşmüşdür. Chanel, Dior, Helmut Lang, Hermes, Hervé Léger, Jean Paul Gaultier, Missoni, Mugler, Oscar de la Renta, Ralph Lauren və Y-3 brendlərinin pret-a-porte şouları üçün modellik etmişdir. Chanel, Dior və Jean-Paul Gaultier brendlərinin kuturye şoularında iştirak etmişdir.

Suy Hen 2011, 2012, 2013, 2014, 2015, 2016, 2017 və 2018-ci illərdə Victoria's Secret Dəb Şousunun iştirakçısı olmuşdur. O, Lü Vendən sonra bu şouda iştirak edən ikinci Şərqi Asiya modelidir.

2011-ci ilin oktyabrında "W" jurnalının üzlüyündə yer almışdır. "Vogue China" jurnalının 6-cı yubiley üzlüyündə digər çinli modellərlə birlikdə yer almışdır. "i-D" və "V" jurnallarının üzlüklərində də görünmüşdür.

2012-ci ildə Shiseido brendinin ilk asiyalı qlobal sözçüsü seçilmişdir. Nəşr kampaniyası üçün Nik Nayt tərəfindən fotoları çəkilmişdir.

İlk iştirak etdiyi dəb kampaniyası 2011-ci ilin yaz/yay mövsümündə Bruno Cucinelli brendinin kampaniyası olmuşdur. İlk böyük kampaniyası üçün 2011-ci ilin payız/qış mövsümündə iştirak etdiyi Ralph Lauren kampaniyasıdır. 2012-ci ilin payız/qış mövsümündə və 2012-ci ilin yaz mövsümündə Karl Lagerfeld kampaniyalarında iştirak etmişdir. H&M kampaniyalarının iştirakçısı olmuşdur.

2015-ci ildə "Sən mənim günəş işığımsan" filmində çəkilmişdir.

Filmoqrafiya Qaçmağa davam et (2020) Peqasus (2019) Naqa mirvarilərinin əfsanəsi (2017) Qaçan adam Çin (2016) Sən mənim günəş işığımsan (2015) Müvəqqəti ailə (2014)

İstinadlar

Xarici keçidlər

Models.com profili Poni Rayderlə müsahibə Models.com müsahibəsi Vogue Italia müsahibəsi

Kateqoriya:Çin fotomodelləri Kateqoriya:Çin aktrisaları Kateqoriya:Ford Models modelləri