Şalva Nikolayeviç Dadiani () — gürcü aktyor, yazıçı və dramaturq, ictimai xadim, tərcüməçisi. Gürcüstan Xalq artisti (1923). Həyatı 21 may 1874-cü ildə Zestafoni şəhərində anadan olub. Məşhur gürcü knyaz nəsli Dadiani sülaləsinin üzvü Georgi Lipartianinin oğlu Manuçarın nəslindəndir. Atası - məşhur gürcü şairi, nasir və tərcüməçi Knyaz N.T.Dadiani (1844-1896), anası - knyaginya Lidia Antonovna Sulukidzedir.Дадиани Шалва Николаевич, БИОГРАФИЧЕСКИЙ УКАЗАТЕЛЬ
Şalva Dadiani ədəbi və ictimai fəaliyyətə 1890-cı illərdə başlamışdır. Teatr fəaliyyətinin başlanğıcı da eyni vaxta təsadüf edir. Ş.Dadiani 1893-1923-cü illərdə aktyor və Gürcüstan teatrlarının rejissoru idi. Bu müddət ərzində o, teatrda aktyor kimi 200-dən çox rol ifa etmişdir. 1905-ci il inqilabının təsiri altında Sovet dövründə Gürcüstanın akademik teatrlarında səhnələşdirilən bir sıra inqilabi pyeslər yazmışdır. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra (1921) Sovet Gürcü teatrının inşasında fəal iştirak etmişdir. Şalva Dadiani səyyar xalq teatrının qurucularından biri olmuşdur.
Məşhur tarixi romanı "Yuri Bogolyubski" (romanın baş qəhrəmanı olan Böyük Tamaranın dövründən bəhs edən və onun əri Rus knyazı Yuri Andreyeviç Bogolyubski haqqında) və bir çox hekayə, roman və publisistik məqalənin müəllifidir. Vilyam Şekspir, Fridrix Şiller, Corc Bayron, L.N.Andreyev, Anton Çexov və başqalarını gürcü dilinə tərcümə etmişdir. Onun pyesləri Gürcüstan teatrının repertuarında önəmli yer tutur.
1934-cü ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi. 1950-ci ildən - Gürcüstan SSR Teatr Cəmiyyəti Rəyasət Heyətinin sədri, 1945-ci ildən BKP (b) üzvü və SSRİ Ali Sovetinin 1-2 çağırış deputatı olmuşdur.Rayfield, Donald (2000), The Literature of Georgia: A History: 1st edition, p. 225. Routledge, .
Şalva Dadiani 15 Mart 1959-cu ildə vəfat etmişdir. Tiflisdə Mtatsminda panteonunda dəfn olunub.
İlk evliliyi knyaginya Yelena (Elo) İosifovna Andronikaşvili ilə idi.
Tiflisdə küçə, Zuqdididə dram teatrı Şalva Dadianinin adını daşıyır.
Yaradıcılığı thumb|Şalva Nikolayeviç Dadiani, 1938-ci il Seçilmiş əsərləri "Qığılcım" (şeirlər toplusu; 1892) "Gizli fəaliyyət" (pyes; 1905, red. 1910) "Onlar bayram etdikdə" (pyes; 1907, ed. 1912) "Gegeçoori" (pyes; 1915, red. 1923) "Dünənkilər" (pyes; 1916) Yuri Bogolyubski (tarixi roman; 1926) Qəlbə (pyes; 1928) - Gürcü Sovet ədəbiyyatında ilk satirik komediya Tetnuld (pyes; 1931) Qırılan Körpü (pyes; 1935) "Guria Ninoşvili" (pyes; 1932, rusca tərcüməsi - "Yeraltı gurultu", 1940) "Qığılcımdan" (oyun; 1937, rus tərcüməsi 1940) "Gvirgviliani Ailəsi" (tarixi roman; 1956)
Kinoda rolu 200px|thumb|right|Şalva Dadianinin məzarı 1921 - Arsen Georgiaşvili 1922 - Sürgün 1922 - Etirafçı - etirafçı 1922 - Suram qalası - Qraf Sereteli 1925 - Tariel Mklavadzenin işi 1941 - Qara dağlarda Rejissor 1924 - Xəbərgətirənlər Senari müəllifi 1921 - Arsen Georgiaşvili 1922 - Sürgün 1922 - Günahkar 1924 - Xəbərgətirənlər 1925 - Tariel Mklavadzenin işi 1934 - Qaranlıq Vadisi 1955 - Niko və Nikora Mükafatları "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı İstinadlar
Xarici keçidlər
Shalva Dadiani on Georgian National Filmography Shalva Dadiani (1874-1959). Anthology of Georgian classical literature. Georgian eBooks. The National Parliamentary Library of Georgia.
Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin I çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin II çağırış deputatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Gürcüstan ssenaristləri Kateqoriya:Dramlar