Sultan Mahmud Qazan xan, Qazan xan və ya bəzən qərblilərin dediyi kimi Kasanus () — Çingiz xanın ölümündən sonra formalaşan uluslardan biri olan Elxanilərin VII elxanı. O, bu imperiyanı 1295-ci ildən 1304-cü ilə qədər idarə etmişdir. Arqun xanın oğlu olan Qazan xan Abaqa xanın nəvəsi, Hülakü xanın isə nəticəsi idi. Beləliklə, o, birbaşa Çingiz xanın sülaləsindən gəlməkdə idi. Elxanilər dövlətini idarə etmiş şəxslər içərisində ən önəmli elxan hesab edilən qazan xan ən çox İslamı qəbul etməsi və 1295-ci ildə taxta çıxdığı zaman İmam ibn Teymiyyə ilə görüşməsinə görə bilinməkdədir. O, din dəyişdirmə addımı ilə Qərbi Asiya, İran, İraq, Anadolu və Cənubi Qafqazdakı monqolların arasında dominant dinin də müəyyən edilməsində həlledici rol oynamışdır.
Onun əsas arvadlarından biri olan Kököçin idi. Bayat tayfasından olan Kököçin əslində Qazan xanın atası Arqun ilə nişanlanmışdı, lakin sonuncunun ölümündən sonra Qazan xan ilə evləndirildi. O, Elxanilərə Qazan xanla eyni sülalədən gələn və ali monqol xaqanı hesab ediləm Xubilay xan tərəfindən göndərilmişdi.
Qazan xanın hakimiyyəti dövründə Suriyanı ələ keçirmək uğrunda Məmlük dövləti, eləcə də yeni bölgələr uğrunda mübarizə şəraitində bir digər türk-monqol dövləti olan Çağatay xanlığı ilə döyüşlər baş vermişdi. Eyni zamanda Avropa dövlətləri ilə yaxından diplomatik əlaqələr saxlayan Qazan xan özünün sələflərinin uğursuz Franko-Monqol ittifaqının qurulması siyasətini davam etdirmişdi. Yüksək mədəniyyətə malik şəxs kimi dəyərləndirilən Qazan xan bir çox hoppiyə sahib olmuş, çox sayıda xarici dildə danışmağı bacarmış, Elxanilər dövlətinin bir çox sahəsində islahatlar həyata keçirmişdi. Bu islahatlardan xüsusən valyuta münasibətlərini və fiskal siyasəti standartlaşdırılması ən mühümləri hesab edilir.
Uşaqlığı Qazan xanın atası Elxanlı imperiyasının hökmdarı Arqun xan idi. Anası isə Oryotların Dörbət elindən Egeçi Kultak idi. Arqun ilə Kultakın evliliyi zamanı Arqun xanın cəmi 12 yaşı var idi. Kultakın böyük bacısı olan Aşlun Hülakü xanın oğlu və Qazandan əvvəlki Böyük Xorasan hakimi Tübşinin arvadı idi. Fəzlullah Rəşidəddinə görə onların evliliyi Arqunun hakim təyin edildiyi Mazandaranda baş vermişdir.
Qazan 11 dekabr 1271-ci ildə Bəndər Türkmən yaxınlığında yerləşən Abaskunda dünyaya gəlmişdir. Buna baxmayaraq, o, əsasən köçəri ordalarda böyümüşdür. O, babası Abaqa xanın arvadı olan Buluğan Xatun tərəfindən böyüdülmüşdür. Buluğan Xatunun özünün övladı yox idi. Qazan ilə Arqun uzun müddət bir-birilərini heş görməmişdilər. Ancaq 1279-cu ildə Abaqa xanın Qaraunasın üzərinə etdiyi yürüş zamanı ata və oğul qısamüddətli də olsa görüşə bildilər.
Qazan qardaşı Olcaytu kimi Şərqi Xristian ənənəsi ilə böyüdülmüşdür. Lakin monqollar ənənəvi olaraq dinlərə tolerant yanaşdıqları üçün Qazanın həyatı boyunca bir çox dinlərin təsirinə məruz qalmışdır. O, gəncliyində çinli buddinst din adamı tərəfindən təhsil almış, qədim mandarin dilini və buddizmi, eləcə də monqol və uyğur əlifbalarını öyrənmişdir.
Əhməd Təkudarın hakimiyyəti dövründə Qazan Abaqa xanın ölümündən sonra Keyxatu ilə birlikdə Buluğan Xatunun Bağdadda yerləşər düşərgəsində yaşamışdır. O, atası ilə Buluğan Xatunun Arqun ilə evləndirilməsindən sonra birdə görüşdü. Beləliklə, Buluğan Xatun onun ögey anası oldu.
Xorasan hakimliyi
Arqun xanın hakimiyyəti dövründə 1284-cü ildə Əhməd Təkudarın devrilməsindən sonra Qazanın atası Arqun elxa elan edildi. Bu zaman Qazanın 11 yaşı var idi. O, atasının taxta çıxmasından sonra Xorasana hakim təyin edildi və Xorasana göndərildi. Bundan sonra o, heç vaxt atasını görə bilmədi. Ona hakimlikdə müavin təyin edilən Əmir Tegeneni Qazan bəyənmirdi. 1289-cu ildə monqollar arasında yenidən daxili qarışıqlıq hökm sürməyə başladı. Belə ki Hülakünün gəlişindən əvvəl İranın hakimi olan Arqun ağanın oğlu Novruz ağa Arquna qarşı böyük bir üsyan başlatmışdı. Qazanın köməkçisi Tegene Novruzun 20 aprel 1289-cu ildə etdiyi yürüşün qurbanı oldu. Qazan özü isə ələ keçirilib həbsə atıldı. Novruzun himayədarı olan Şahzadə Hulaçu Qazanın komandanlarından biri olan Mulay tərəfindən 10 gün sonra həbs edildi. 1290-cı ildə isə Novruzun qüvvələri Arqunun əsas qüvvələri tərəfindən məğlub edildi. Bundan sonra Novruz Elxanlılar dövlətindən qaçmağa məcbur oldu və Bayduya sığındı. Baydu Çingiz xanın soyundan gələn bir başqa hökmdar idi. O, eyni zamanda həm Ögeday xanədanının rəisi, həm də Elxanilərə qonşu olan Çağatay ulusunun hökmdarı idi. Bundan sonrakı 10 il ərzində Qazan xan Xorasanaı Çağatay xanlığından və Mərkəzi Asiyanın digər yerlərindən həyata keçirilən yürüşlərə qarşı mübarizə aparmaqla keçirdi.
Keyxatu xanın hakimiyyəti dövründə Qazan atası Arqun xanın 1291-ci ildə ölümü zamanı taxta iddia irəli sürə bilmədi. Çünki o, Xorasana mütəmadi yürüşlər həyata keçirən Novruzun orduları, daxildə baş verən üsyanlar və Nişapur ilə ətraf şəhərlərdə meydana çıxan aclıqla məşğul olmaqda idi. Bundan əvvəlki 3 nəsil elxanlara xidmət edən məşhur komandanlardan olan Tağacarın Arqunun ölümünün arxasındakı şəxs olduğu güman edilirdi. Tağacar taxta Qazanın əmisi Keyxatunun iddiasını dəstəkləyirdi. Gəncliklərində aralarında olan rəqabətə baxmayaraq, Keyxatu Qazana yardım üçün Xorasana əlavə ordu göndərdi. Bu zaman Qazan Xorasanda Novruz ilə mübarizə aparmaqda idi. Qazana Keyxatu tərəfindən şahzadə Anbarçı (Münkü Teymurun oğlu), Əmir Tuladay, Quncuqbal və El Teymurun rəhbərliyində ordu göndərilmişdi. Keyxatu özü isə Anadoluda üsyan qaldıran türkmənlərlə döyüşməyə yollandı. Lakin tezliklə aclıq digər ordalara da çatdı və Anbarçı öz ordusunu yedirə bilməyəcək vəziyyətə düşdü. Buna görə də o, yürüşü yarımcıq saxlayı tezliklə Azərbaycana geri dönməyə məcbur oldu. O, Keyxatunu ziyarət etməyə çalışsa da, rədd cavabı aldı və geri dönməyə məcbur oldu. Qazan Təbrizdən Xorasana gedərkən yolda Çindəki monqol sülaləsi olan Yuanlar tərəfindən göndərilmiş şahzadə Kököçini qəbul etdi. Kököçin şərqdən karvan yolu ilə gətirilmişdi. Onu yüzlərlə insan müşayiət edirdi və bura məşhur səyyah Marko Polo da daxil idi. Əslində Kököçin Qazanın atası Arqun ilə nişanlandırılmışdı, lakin onun aylar boyunca davam edən səyahəti zamanı Arqunun öldüyünə görə oğlu Qazan ilə evləndirildi.
1294-cü ildə Qazan Novruzu Nişapurda təslim olmağa məcbur etdi və Novruz Qazanın köməkçilərindən birinə çevrildi. Qazan əmisi Keyxatuya qarşı sadiq olsa da, onun imperiyada kağız pul tədavülə buraxmasına qarşı çıxmış, bu islahatı öz vilayətində həyata keçirməmişdi. O, bu addımını Xorasanda havanın çox nəmli olmasın agörə kağız pul işlədilməsinin mümkünsüz olması ilə əsaslandırmışdı.
Bayduya qarşı mübarizəsi 1295-ci ildə Tağaçar və müttəfiqləri Keyxatu xanı da öldürdülər. Bu çevrənin Arqun xanın da ölümünün əsas günahkarları olduqları ehtimal edilir. Bundan sonra onlar Qazanın əmisinin oğlu və nəzarət etmək rahat olan Baydunu taxta çıxardılar. Baydunun hakimiyyəti sadəcə simvolik səviyyədə idi və əslində imperiya onu taxta çıxaranlar arasında bölünmüşdü. Keyxatunun ölüm xəbərini eşidən Qazan tez bir şəkildə Baydunun üzərinə yürüdü. Baydu Qazana cavab olaraq Keyxatunun ölümünə aparan hadisələr zamanı onun çox uzaqda olduğunu və buna görə də əsilzadələrin başqa seçimləri olmadığı üçün məhz onu taxta çıxarmağa məcbur olduqlarını bildirdi. Buna baxmayaraq, Novruz Qazanı Bayduya qarşı addımlar atmağa təhrik etdi. Novruz bunu Baydunun sadəcə imperiyanı bölməyə çalışan şəxslərin əlaltısı olmaqla əsaslandırırdı. Baydunun qüvvələrinə Eldar (onun əmisinin oğlu və şahzadə Acayın oğlu), Elçidey və Çiçək komandanlıq edirdilər və onlar Qəzvin yaxınlığında görüşdülər. Qazanın ordusuna şahzadə Soqay (Yoşmutun oğlu), Buralğı, Novruz, Qutluqşah və Nurin Ağa komandanlıq edirdilər. İlk döyüşdə Qazan qələbə qazansa da, geri çəkilməyə məcbur oldu. Çünki Qazan anladı ki, onun məğlub etdiyi Eldar komandanlığındakı ordu Baydunu dəstəkləyənlərdən ibarət ordunun sadəcə bir hissəsi idi. Qazan geri çəkilərkən Novruzu geridə buraxsa da, Coci Qasarın (Çingiz xanın doğma 3 qardaşından biri) soyundan gələn Arslanı ələ keçirdi.
Qısamüddətli sülhdən sonra Baydu Qazana Elxanlı imperiyasını ikisinin birlikdə idarə etməsini təklif etdi. Novruzun sahib-i divan vəzifəsini tələb etməsi ilə birlikdə, Qazan atasının Fars, Əcəm İRaqı və Kermandakı şəxsi torpaqlarını irsi olaraq ona verilməsini tələb etdi. Novruzun bu şərtləri rədd etməsindən sonra həbs edildi. Bir lətifəyə görə, o, Bayduya onu azad edəcəyi halda Qazanı bağlayaraq ona göndərəcəyini söz vermişdi. Lakin Novruz Qazanın düşərgəsinə çatdıqdan sonra sadə bir qazanı bağlayaraq Bayduya göndərdi. Novruz Qazana onun İslamı qəbul edəcəyi halda onu taxta çıxaracağına söz vermişdi. Qazan Novruzun onu hərbi baxımdan dəstəkləməsi şərtilə 16 iyun 1295-ci ildə Sunni məzhəbini İbrahim ibn Məhəmməd ibn əl-Muəyyid ibn Həmaveyh əl-Xorasani əl-Cüveyni tərəfindən qəbul etdi. Novruz 4 min döyüşçü ilə birlikdə Qəzvinə daxil oldu. O, burada Ebügenin (Coci Qasarın soyundan gələn şahzadə) komandanlığı altında 120 min (başqa qaynaqlarda 30 min) döyüşçünün də gələcəyini elan etdi. Verilən məlumata görə bu yeni gələn ordular Azərbaycan yolunda onunla birləşəcəkdi. Tağaçarın vəziri Sədrəddin Zəncaninin fəaliyyəti nəticəsində onların ordusunda təlaş başladı. Çoban, Qurumuşi kimi güclü əmirlər Baydunu və Tağaçarı tərk etməyə başladılar. 28 avqust 1295-ci ildə demək olar ki, Baydunun ordusu dağıldı.
Məğlubiyyətin qaçılmaz olduğunu görən Baydu onu tərk etməsindən xəbərsiz Tağaçardan dəstək istədi. Tağaçarın geri çəkildiyini başa düşdükdən sonra 26 sentyabr 1295-ci ildə Gürcüstandakı Əmir Tukala qaçdı. Qazanın sərkərdələri onu Naxçıvan yaxınlığında tapdılar və həbs etdilər. Baydu 1295-ci il oktyabrın 4-də edam edilmək üçün Təbrizə göndərildi.
Hakimiyyəti
İlk illəri
Dini təqiblər Eyni zamanda Novruz Qazanın bibisi olan Toğan Xatun ilə evli idi. Bu ikisi Qazan xanın dini düşüncələrinin formalaşmasında mühüm rol oynamışdılar. Qazan xanın müsəlman olmasını elan edilməsindən sonra Baydunu dəstəkləyən müsəlman əmirlər tərəf dəyişdirmişdilər və bu da iki şahzadə arasındakı mübarizənin nəticəsinin müəyyən edilməsində mühüm rol oynamışdı. Gürcüstana qaçmağa çalışan Baydu həbs edilmiş və 4 oktyabr 1295-ci ildə edam edilmişdi. Həmçinin mənbələrdə yazılan bilgilərə görə, Novruz ağa xristianlara qarşı təmizləmələrə başlamış, yalnız bundan sonra Qazan xan yarlıq verərək bu siyasətin hüquqi olduğunu bildirmişdi. Xristian müəllif olan Stefanos Arbelian yazır ki, Novruzun səyləri nəticəsində Elxanilər dövlətindəki bütün monqollar müsəlmanlığa keçdilər. Lakin Fəzlullah Rəşidəddin Qazan xanın İslamı qəbul etdiyi gündə digər monqollarında kütləvi şəkildə bu dinə keçdiklərini yazır. vasaf Şirazi və Həmdullah Mustofhi isə Qazan xanın taxta çıxmasından sonra qərar qəbul etdiyini və bütün monqollara İslamı qəbul etməyi əmr etdiyini qeyd edirlər. Lakin bütün monqolların İslama keçmədikləri də bildirilməkdədir. 1296-cı ildə Noyon Oyrot dini təzyiqlərə görə və məcburi din dəyişdirmə hadisələrinə görə məmlüklərə sığınma kimi mübahisəli hesab edilə biləcək qərar qəbul etmişdi. Məmlük salnamələrində onlara sığınan Oyrot ailələrinin sayı 10–18 min ailə olaraq göstərilir. Eyni zamanda bu qaçqınların buddist patriarxlar olduğu da iddia edilir.
Qazan xan elan edildikdən sonra Novruz öz qardaşları olan Laqzi Güregeni maliyyə işlərinə nəzarət edən, Hacı Narini isə divana nəzarət edən şəxslər olaraq təyin etdi. Qatı dindar müsəlman olan Novruz ağa III Yabalaxa və Rabban Bar Sauma tərəfindən Nestorian xristianlığının qatı əleyhdarı kimi təqdim edilir. İslamın dövlətin yeni dini elan edilməsindən sonra Novruz bütün buddist və xristian ibadət yerlərinin ya dağıdılmasını, ya da məscidə çevrilməsini əmr etdi.