Bamat Giray Hacı Mitayev adına Avtura cümə məscidi () — Çeçenistan Respublikasının Şali rayonunun Avtura kəndindəki əsas məscid. Avtura kəndinin mərkəzi hissəsində yerləşir. Məsciddə eyni vaxtda 5000-ə qədər insan ibadət edə bilər.
Tarixi 1883-cü ilə qədər Avtura kəndində 13 məscid, o cümlədən, əsas Cümə məscidi və 12 məhəllə məscidi fəaliyyət göstərirdi.
Bamat Giray Hacı Mitayev (1838–1914) — çeçen təbliğatçısı, xalq arasında — çeçen virdlərindən birinin banisi, Çeçenistanda Qadiriyyə hərəkatının təşəbbüskarı Kunta Hacı Kişiyevin müridi. Bamat Giray Hacı Mitayev XX əsrin əvvəllərində Çeçenistanın görkəmli siyasi xadimi Əli Mitayevin atasıdır.
2014-cü ilin oktyabrında Avtura kəndində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun iştirakı ilə mərkəzi məscidin tikintisi üçün bönüvrə qoyulması mərasimi baş tutdu. Məhəmməd peyğəmbərin doğum günündə tikinti işlərinə başlanıldı. 22 dekabr 2015-ci ildə məscidin təntənəli açılışı olmuşdur.
Memarlığı 250px|thumb|left|Avrura kəndində XIX əsrdə olan köhnə məscid Avtura cümə məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığını və Bizans üslubunu birləşdirir. Memarlıq İstanbuldakı Sultan Əhməd məscidinə əsaslanır. Məscidin özünün sahəsi 1822 kvadratmetrdir. O, iki mərtəbəli binadır. Dini binanın günbəzlə birlikdə hündürlüyü 22 metrdir. 4 minarənin hündürlüyü 45 metrdir. Məscidin kənarlarında olan hər minarənin iki eyvanı var. Məscid 5000 nəfər üçün nəzərdə tutulub. Onun qarşısında cığırları olan böyük park salınıb, kompleksin ümumi sahəsi yaşıl qazonlarla birlikdə 2,5 hektardır.
Cümə məscidi dəmir-betondan tikilmiş, xarici və daxili divarları möhkəm daş olan travertinlə işlənmiş monolit tikilidir. Məscidin daxilində ərəb xəttatlığı sənətindən istifadə olunub. Məscidin günbəzləri və divarları Qurani-Kərimdən ayələrlə rənglənmiş, sənətkarlar tərəfindən məscidin memarlıq üslubunun ümumi ornamentinə məharətlə toxunmuşdur.
Məscidin divarındakı dua hissəsi — ağ mərmərdən hazırlanmış mehrab, namaz zamanı möminlərə istiqaməti göstərən Məkkəyə doğru baxır. Məscidin xalçası ənənəvi çeçen rəng çalarlarını milli ornamentlərlə birləşdirir. Şeyx Bamat Giray Hacı məscidinin oval sərdabələri minlərlə kaşı ilə bəzədilib. Hər bir naxış icrasında unikaldır və icranın mürəkkəbliyinə baxmayaraq, tamamilə simmetrikdir. Mərkəzi günbəzin altında "Svarovski" daşları ilə bəzədilmiş 6 metrlik qızılla örtülmüş çilçıraq yerləşir.
Şeyx Bamat Giray Hacı Mitayevin Ziyarətgahı məscidin yerləşdiyi küçənin kənarında yerləşir.
Qalereya
İstinadlar
Xarici keçidlər Митаев Али Бамат-Гириевич Kateqoriya:Çeçenistan məscidləri Kateqoriya:Çeçenistan tikililəri