Dem gölü — Şimali Burkino-Fasoda kiçik göl. O, Kayanın şimalında, Sahel qoruğunun cənubunda və Bam gölünün cənub-şərqində yerləşir. Uzunluğu 5 km, eni 2 km-dir. Dəniz səviyyəsindən 304 metr yüksəklikdə yerləşir. Göl 2009-cu ildən Ramsar ərazisi kimi təyin edilmişdir. Dem gölünün səthinin sahəsi orta hesabla 1.8 km2, maksimal isə 3 km2-dir.COUNTRY FILES (contd.) BURKINA FASO. İstifadə tarixi: 13 iyul 2026. Dem gölünün suyundan içməli su təchizatı, suvarma, heyvandarlıq və məişət işlərində istifadə olunur.
Şirinsu mənbəyi olan Dem gölü çoxsaylı yerli bitki və heyvan növləri, eləcə də köçəri quşlar üçün olduqca əhəmiyyətlidir.Annotated List of Wetlands of International Importance. İstifadə tarixi: 13 iyul 2026. Göl mikroiqlimin tənzimlənməsində mühüm faktor hesab olunur.
Ekoloji problemlər Dem gölü idarəetmənin zəifliyi, maarifləndirmə səviyyəsinin aşağı olması və başqa antropologen səbəblərdən dolayı deqradasiya prosesi ilə üzləşib.CONTRIBUTION OF COMMUNICATION FOR A GOOD MANAGEMENT OF WATER BODIES IN BUURKINA: CASE OF LAC DEM IN THE COMMUNE OF KAYA, PROVINCE OF SANEMATINGA, NORTH CENTER REGION OUAGADOUGOU. İstifadə tarixi: 13 iyul 2026. 2000-2020-ci illər arasında Dem gölünün suyunun hər il ortalama olaraq 4.44 hektar azaldığı hesablanıb.Monitoring of Water Surfaces in the Nakanbe-Wayen Watershed: Case of Bam and Dem Lakes in Burkina Faso. İstifadə tarixi: 13 iyul 2026. Ümumiyyətlə, Dem gölü çirklənmə. lillənmə, sahil eroziyası və iqlim dəyişikliyinin təzyiqi altındadır.
Həmçinin bax
İstinadlar
Kateqoriya:Burkina-Faso gölləri