Kinq adası (, ) — Berinq dənizində, Alyaskanın qərbində, Duqlas burnundan 64 km məsafədə, Şahzadə Uels burnunun cənubunda yerləşən ada.
Coğrafiya Ada qayalıqdır və hündürlüyü 200 m-ə qədərdir. Uzunluğu 1,6 km-dir. Dəniz buzdan təmizləndikdə (adətən iyun-noyabr aylarında) ada dəniz iqliminə malik olur. Soyuq mövsümdə kontinental iqlim hökm sürür. Yayda orta temperatur +5 .. + 10 °C, qışda −20 ..- 15 °C-dir. Orta illik yağıntı 250 mm (həmçinin 850 mm qar) təşkil edir.
Tarix Adanı ilk görən avropalı Ceyms Kuk olmuşdur. 1778-ci ildə o, adanı tədqiq etmiş və onu ekspedisiyanın üzvü leytenant Ceyms Kinqin şərəfinə adlandırmışdır.
20-ci əsrin əvvəllərində ada burada morj və suiti ovlayan 200-ə yaxın eskimosun qışlama yeri olur (onlar Ukivok kəndində yaşayırdılar). Yayda eskimoslar adadan kənara kayakla üzür və Alyaskanın materik sahillərində balıq tuturdular. 1937-ci ildə adada 45 evdə 190 nəfər yaşayırdı. Katolik kilsəsi və məktəb var idi. 1960-cı illərdə iqtisadi amillərə görə sakinlər adanı tərk edərək Noma köçürlər. Alyaskanın yerli yaşayış məskənləri haqqında qanuna () əsasən, ada keçmiş kəndlilərə məxsusdur. 1980-ci ildən Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
İstinadlar
Mənbə Adanın foto şəkilləri.
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları