Məhəmmədcəfər Qaracadaği () — Azərbaycan maarifçisi, tərcüməçi.
Həyatı Məhəmmədcəfər Qaracadaği ehtimallara görə 1835-ci ildə anadan olmuşdur. M.F.Axundovun komediyalarını, "Aldanmış kəvakib" povestini fars dilinə çevirmiş, 1871-1874-cü illərdə əvvəlcə parça-parça, 1874-cü ildə isə Tehranda kitab şəklində nəşr etdirmişdir. Onun tərcümələri fars nəsrinin sadələşməsində, İranda dramaturgiyanın yaranmasında, demokratik ideyaların inkişafında mühüm rol oynamışdır. QƏrbi Avropa şərqşünasları M.F.Axundovun əsərləri ilə ilk dəfə, əsasən, həmin tərcümələr vasitəsilə tanış olmuşlar. M.F.Axundov Məhəmmədcəfər Qaracadağiyə məktubunda onun tərcümələrini yüksək qiymətləndirmişdir.
İstinadlar
Ədəbiyyat Axundov M.F. Fars dilində yazılmış məktubların mətni. B.: 1963 Məmmədzadə H. Mirzə Fətəli Axundov və Şərq. B.: 1971
Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər