thumb Damnatio ad bestias (latın dilindən sözbəsöz olaraq "heyvanlara verilmə" — "lənət, insanı nəyəsə görə ittiham etmə"., , Feli formalar: (William Wardlaw Ramsay. A manual of Roman antiquities)., tez-tez sadəcə şirlər tərəfindən yeyilmə, şirlərin parçalaması; daha dəqiq isə vəhşi heyvanların parçalaması) — Qədim Romada ölüm cəzası növü. Edam növü sirk arenasında məhkumların parçalanması üçün heyvanların (çox vaxtı şirlərin) önünə atılmasından ibarət idi. Romalılar tərəfindən Qədim Şərqdən götürülərək bu cəzalandırma üsulu Romada e.ə. II əsrdən tətbiq edilməyə başlanmışdır, Qədim Şərq ölkələrində analoji cəza ən azı e.ə. VI əsrdən mövcud idi.
Eramızın I–III əsrlərində edam əsasən xristianlığı qəbul edən ilkin nümayəndələrə qarşı tətbiq olunurdu ( — "xristianları şirlərə"), buna görə bu cəza çarmıxa çəkmə ilə yanaşı xristian müqəddəslərinin əzablı vəfatlarının ən məşhur səbəblərindən birinə çevrildi. Xristianlığın imperiya tərəfindən qəbul edilməsi ilə bu təcrübə digər cinayətkarlara qarşı yönəldildi yalnız 681-ci ildə tamamilə ləğv edildi.
Məcazi mənada, "şirlərin önünə atmaq" fiziki və ya (daha çox hallarda) mənəvi zərərdən qaçınmaq praktiki olaraq mümkünsüz olan aqressiv rəqiblər arasında kimsəni tamamilə hazırlıqsız tək buraxmaq deməkdir.
Tarixi
Qabaqkı vaxtlar Bibliyada bəhs olunan Daniyal peyğəmbərin (e.ə. VI əsr) Babil kralı I Daranın fərmanına tabe olmamaqda günahlandırılmasına baxmayaraq, möcüzəvi şəkildə vəhşi heyvanlardan xilas olunması əfsanəsi bir insanın şirlər tərəfindən parçalanması haqqında ən məşhur hekayədir. Belə bir fərziyyə var ki, arenada bu cür ölümlər qanuni yox mərasim mahiyyəti daşıyırdı. yəni ayin qətlindən ibarət idi,Alison Futrell. Blood in the Arena . 2000. məsələn məbəd heyvanlarını qidalandırmaq kimi, amma sonradan bu məna itirildi (müqayisə kimi Krit-Mikena mədəniyyətinə aid olan tavrokatapsiya adlanan öküzlərlə rəqsləri göstərmək olar, bəzi tədqiqatçıların fərziyyələrinə görə bu ritual öncə qurban verməДжеймс Фрейзер. Золотая ветвь . məqsədi daşısa da sonradan oyuna çevrildi). Belə olan halda, söhbət şirlərin təbii mühitində yaşadığı və ibtidai dövrlərdən bəri ehtiram edildiyi ərazilərdən gedir (ilk növbədə, buraya Afrika daxildir, halbuki onlara Asiya və Avropada da rast gəlmək mümkün idi). Belə ki, məsələn, Qədim Misir mifologiyasında insan ruhlarını yeyən Amat adlı şirə bənzər tanrı və şir görünüşündə olan digər bir sıra tanrı mövcuddur. Bundan əlavə, Qədim Misir və Qədim Liviyada şirlərin (timsahların da) canlı insanlardan və meyitlərdən ibarət daha "məişət yönümlü" bəslənməsi haqqında qeydlər mövcuddur.Семья в Древнем Египте Гарама (из истории ливийской цивилизации) .
İsgəndərin yürüşüləri haqqında yazan tarixçilər də əsərlərində bu edam növü haqqında bəhs edirlər. Məsələn, Orta Asiyada bir makedoniyalı ölümə məhkum edilmiş birinə görə Makedoniyalı İskəndərin qarşısında havadar çıxdı, buna görə şirlərin önünə atılmış, amma əliyalın aslana qalib gələrək İskəndərin sevimlisinə çevrildiГаспаров М. Л. Занимательная Греция . (həmin şəxs Lisimax idi).
Qeyd olunmalıdır ki, insanların qurban verilməsi ənənəsi, məsələn, Karfagendə eramızdan əvvəl IV əsrin sonu — II əsrin ortalarınadək, yəni demək olar ki, dövlətin dağılmasına qədər mövcud olmuşdur (Siciliyalı Diodorun verdiyi məlumata əsasən, Aqafokla qarşı qarşıdurmadan və Birinci Pun müharibəsindən sonrakı hərbi uğursuzluqlar zamanı karfagenlilər qədim amansız inancların qaydalarını tətbiq etməyə başlayırdılar)Диодор Сицилийский. Историческая библиотека XX 14, 4; XXIII 13.Joyce E. Salisbury. Perpetua’s passion . və bənzər insan qurbanları, xüsusən də uşaq qurbanları (arxeoloji tapıntılar iddianı təsdiq edirFrank William Walbank. The Cambridge ancient history .) romalıların Karfagen mədəniyyətinə nifrət doğuran mühüm amillərdən biri olmuşdur. (Maraqlıdır ki, Herodota əsasən, Karfagen hökmdarı I Qamilkar döyüşdə məğlub olarkən özünü qurban verərək intihar etmişdir).
Qeyd olunur ki, muzdlularla müharibə zamanı Qamilkar Barka əsirləri heyvanların önünə ataraq öldürürdü.Полибий. Всеобщая история I 82, 2. Hannibal əsir düşən romalıları bir-biri ilə vuruşmağa məcbur edirdi, sağ qalan isə filə qarşı döyüşməli olurdu.Böyük Plini. Təbii tarix. VIII, fəsil VII.
O vaxta qədər Romada bu cür ənənələr unudulmuşdu: orada insan qurbanları, əfsanəyə görə, e.ə. 7-ci əsrdə Numa Pompili tərəfindən qadağan edilmişdir. Bundan əlavə, İtaliya ərazilərində şirlərə rast gəlinmirdi və romalılar onlara qarşı afrikalılar kimi ehtiram göstərmirdilər.
Qədim Romada Qədim Romada edam cəzalarında heyvanların istifadə olunması qladiator döyüşləri ilə birlikdə sirk tamaşaların proqramına daxil edilmişdir, heyvanlar arasında bu məqsəd üçün birinci növbədə şirləri cəlb edirdilər, amma bundan başqa ayıların, bəbirlərin, panterlərin,Bu halda "qara panter" nəzərdə tutulur, hansı ki adi növdən ancaq melanizmin mövcudluğu ilə fərqlənir. irbislərinЭто слово обозначает либо тех же леопардов, либо особый вид — снежных барсов. Скорее всего, речь снова идёт о леопардах. və həmçinin vəhşi öküz və inəklərinBu heyvanlar arasında təkçə hirsli mal-qaranın və ya əsl vəhşi öküzlərin (turların) olub-olmamasını söyləmək çətindir (onlardan az istifadə etsələr də) tətbiq olunduğu hallar da məlumdur. Pələnglər nadir heyvanlardan idilər və görünən odur ki, onları insanlara qarşı heç vaxt qızışdırmırdılar.Тираспольский Г. И. Беседы с палачом. Казни, пытки и суровые наказания в Древнем Риме. — , 2003. Erkən xristianlar tez-tez bu cür edama məhkum edilirdilər.
Termin Günümüzdə termini geniş mənada işlənilir, lakin yenə də antikşünas mütəxəssisləri bu edamı iki növə bölürlər:
(latıncadan "heyavnlar tərəfindən parçalanmaq" deməkdir) — sözün həqiqi mənasında müdafiəsiz bir insanı parçalanmağa atmaq. (Termin adətən daha ümumi ilə əvəz olunur). "İxtisaslaşdırılmış edamlar" qrupuna aid idi. — vəhşi heyvanlarla döyüşməyə məcbur edən divan tutma. "Mülayim edamlar" qrupuna aid idi.
Bundan əlavə, təqribən eyni prinsipə uyğun olaraq seçilən və bestiari (vəhşi heyvan güləşçisi) adlanan peşəkar qladiator döyüşçüləri var idi. Onların hazırlığı üçün xüsusi məktəblər açılmışdır, onlardan ən məşhuru Romada yerləşən Səhər məktəbi idi,Гладиаторы. məktəbin bu adı məşqlərin başladığı saatlara görə verilmişdir. "Məcburi təlim kursu" silahla davranmaqdan əlavə heyvanı təlim etmək, onun vərdişlərinin və xarakterinin öyrənilməsini əhatə edirdi.Обзорная статья о гладиаторских боях . Döyüşçülər arenaya yalnız nizə ilə, nadir hallarda da qılıncla silahlanmış çıxırdılar və əyinlərində təkçə tunika olurdu. Tamaşalarda venatorlar ("ovçular") da iştirak edirdilər, hansılar kı bestiarilərdan daha aşağı rütbəli idilərVenantio . və yay, mızraq, nizə və şallaq ilə antilop və lanları ovlayırdılar. Bunlar artıq edamlar deyil, "heyvan döyüşləri" və "təqib etmə", səhnələşdirilmiş ovlar idi. Bundan əlavə, arenaya kaftarları, filləri, çöldonuzları, kəllər, vaşaqlar buraxırdılar; zürafə, dəvəquşu, cüyür, maral və dovşanları ovlanmasını təşkil edirdilər, kütləyə antiloplar, zebrlar və qunduzları nümayiş edirdilər.
İlk dəfə venatsio () adlanan belə peşəkar "şir və panterlər ovu" e.ə. 186-cı ildə Mark Fulvi Nobilior tərəfindən təşkil edilmişdir, tədbir Etoliya adlanan yunan bölgəsinin fəthinə həsr olunmuşdur və Sirkus Maksimus cıdır meydanında keçirilmişdir.Tit Livi. Şəhərin yarandığı gündən Romanın tarixi XXXIX 22, 2.Сергиенко М. Е. Жизнь в Древнем Риме .
Tarixi və təsviri Cinayətkarların heyvanlar tərəfindən parçalanması adətini Qədim Romaya iki sərkərdə gətirdi: e.ə. 168-ci ildə makedoniyalıları məğlub edən Lusi Emili Pavel Makedoniyalı və e.ə. 146-cı ildə Afrika şəhəri olan Karfageni darmadağın edən onun oğlu Ssipion Emilian.Тит Ливий Эпитома кн. LI "Истории Рима от основания города". Hər ikisi Romada xalqı qorxuzmaq üçün yeni (açıq-aşkardır ki, karfagenlilərdən götürülmüşdür) üsul yeritdilər, ona əsasən hər kəsin gözü qabağında satqınları və fərariləri vəhşi heyvanların olduğu bir yerə atırdılar. Romalılar bunu "son dərəcə faydalı" kimi qiymətləndirdilər və o, tezliklə Roma cinayət məcəlləsinin normasına çevrildi.Совершение казни с помощью хищников . Qeydlərə əsasən, əvvəlcə bu edam müstəsna olaraq əcnəbilərə və fərarilərə qarşı yönəldilmişdir və birinci halda Pun müharibələrinin vəhşiliyinə görə qisas xarakterli idisə, ikinci halda üsul intizam təsiri bağışlamalı idi.
Heyvanlar tərəfindən yeyilərək ölümə məhkum edilənlər sütunlara bağlanırdı, sonra üstlərinə buraxılan heyvanlard onları parçalayırdılar.Игры в амфитеатре .
Bundan əlavə, qeyd olunur ki, ikinci konsulluğu dövründə (e.ə. 55-ci il) Pompey romalılara arenada bütöv bir döyüş nümayiş etdirdi, döyüşdə 18 fil ağır silahlanmış bir dəstə qladiatorla qarşılaşdı.Дион Кассий. Римская история XXXIX 38, 2.Плутарх. Помпей, 52.
Tədqiqatçıların yazdığı kimi, bu edamın qəddarlığı onun teatrlaşdırılmış tərtibatı ilə daha da ağırlaşmışdır. Məsələn, Strabon üsyankar qulların başçısı, "Etnanın oğlu" adlandırılan Selurun Romada onun gözləri qarşısında necə edam edildiyi barədə yazır ki,Strabon, VI, II, 6. bunun üçün hündür edam meydançası qurulmuşdur və onun üzərinə sanki Etna dağının zirvəsiymiş kimi Seluru qaldırdılar; meydança birdən çökdü və bədbəxt meydançanın altına yerləşdirilmiş vəhşi heyvanların olduğu qəfəsə düşdü.
Şair Marsialın "Tamaşalar kitabı"nda yazdığı kimi, dövrümüzə qədər gəlib çatmamış qəhrəman Roma mimi quldur Lavreolu çarmıxa çəkdilər və üzərinə bir ayını salışdırdılar, qartal isə onun içalatını dimdikləyirdi.Марциал. Книга зрелищ. 7. 5–6 .
Senekanın ("Qəzəb haqqında", III 3), Apuleyusun ("Qızıl eşşək", IV, 13), Tit Lukresi Karın ("Əşyaların təbiəti haqqında") əsərlərində də oxşar hekayələrə rast gəlmək mümkündür. Petroni Arbitr "Satirikon" romanında müəyyən bir xəzinədarın heyvanların önünə atıldığını qeyd edir. Siseron isə yazır ki, xəzinə oğrusu Balbın əmri ilə alver zamanı müəyyən bir bədbəxt möhtəkir yalnız çirkin olduğu üçün yırtıcıların önünə atılmıdşır.Цицерон. Письма. Т. 3. С. 461. Письмо (Ad) Fam., VII, 1. (DCCCXCV, 3). Bu qanlı əyləncəni məzəmmət edən Siseron həm də hiddətlənirdi: "… istər qüdrətli heyvanın zəif insanı parçalaması, istər də gözəl bir heyvanın ov nizəsi ilə dəlinməsi bir oxumuş insana üçün necə zövq verə bilər?".Цицерон. Письма. Т. 1. С. 258. Письмо (Ad) Fam., VII, 1. (CXXVII, 3).
Məhkumların adamyeyən oyunlar başlamazdan əvvəl parçalanmaq üçün düz yırtıcıların qəfəslərinə atıldığı da olurdu. Belə ki məsələn Svetoni yazır ki, "tamaşa üçün vəhşi heyvanları yemləmək üçün istifadə edilən mal-qara bahalaşdıqda, Kaliqula onların önünə cinayətkarları atmağı əmr etdi; və bunun üçün həbsxanaları gəzərək kimin nədə günahkar olduğuna baxmırdı, ancaq qapıda dayanaraq birbaşa hamını "keçəldən keçələ"Yəni fərq qoymadan, hamısını bir anda (Roma xalq ifadəsi). aparılmasını əmr edirdi".Светоний. Жизнь двенадцати цезарей. С. 118 (IV Гай Калигула, 27, 1).