Bibiheybət məscidi — Azərbaycan Respublikasının Bakı buxtası sahilində yerləşən məscid.

1990-cı illərdə tikilən məscid Şirvanşahlar dövlətinin 28-ci hökmdarı Əbü-l-Fəth Fərruxzad ibn Axsitan ibn Fəribürz tərəfindən XIII əsrin II yarısında Azərbaycan Elxanilər dövlətinin tərkibində olduğu zaman tikilən eyniadlı məscidin bərpa edilmiş variantıdır. Mahmud ibn Səd tərəfindən tikilən məscid bütün SSRİ ərazisində dinə qarşı mübarizə zamanı 1936-cı ildə bolşeviklər tərəfindən tamamilə dağıdılmışdır.

Bibiheybət kompleksində məsciddən başqa seyid nəslindən gələn Həkimə xanım kimi möhtərəm şəxslərə aid sərdabələr və qəbirlər var. Bu abidə Azərbaycandakı İslam memarlığı abidələrinin ən əhəmiyyətli nümunəsidir. Azərbaycan şairi Abbasqulu ağa Bakıxanov, məşhur fransız yazıçısı Aleksandr Düma və Qarabağ xanlığıın son hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan kimi şəxslər bu məscidi ziyarət ediblər. Hazırda da Azərbaycana gələn xarici ölkələrin nümayədənləri məscidi ziyarət edir.

Tarixi Tikilmə tarixinin müəyyənləşdirilməsi 300px|thumb|right|Bibiheybət məscidindəki məzar Məscid yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilib. Həkimə xanım İmam Əli və Fatimənin nəslindən idi. Həkimə xanım onu incidən xəlifələrin əlindən Bakıya qaçmışdı. Məzarda daşa yonulmuş yazı təyin edir ki, Həkimə xanım müqəddəs nəsilə məxsus olub:

Həkimə xanımın Heybət adlandırılan qulluqçusu türbənin mərkəzindəki kvadrat şəkilli ağacdan qəfəsin mərkəzində dəfn olunub. Məscidin adı — "Heybətin bibisi" də belə meydana çıxmışdır.

Məscidin cənub divarındakı yazıya əsaslanaraq tarixçilər məscidin tikilmə tarixinin XIII əsrin sonu olduğunu fikirləşirlər. Məscidin divarındakı ərəbcə yazıda deyilirː "Mahmud ibn Sədin əməlidir."Л. С. Бретаницкий. Зодчество Азербайджана XII-XV вв. и его место в архитектуре Переднего Востока. — М.: Наука, 1966. — С. 158. — 556 с. Mahmud ibn Səd həmçinin Nardaran qalasını və Molla Əhməd məscidini tikmişdir.Министерство культуры и туризма Азербайджанской Республики. Развитие архитектуры в средние века. mct.gov.az. Şərqşünas İlya Berezin 1841-ci ildə Bibiheybətdə tapdığı başqa bir ərəb yazısında deyilir:

250px|thumb|left|Mahmud ibn Sədə həsr edilmiş Azərbaycan poçt markası Sovet sənətşünası Leonid Bretanitski tikilmə ili ilə bağlı fərqli fikirdədir:

Sara Aşurbəyliyə görə Fərruxzad adı məscidin Şirvanşahlar tərəfindən bərpa edildiyini göstərə bilər və məscidin özü Şirvanşahlardan daha qədim ola bilər. Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir:

Səfəvilər Yüz ildən çox bir müddət ərzində məscid şeyxlərin dörd nəsli tərəfindən idarə edilib. Bu dövrdə məscid vergi imtiyazlarından yaralanıb. Səfəvi hökmdarları I Təhmasib, I Abbas (1606—1607), II Abbas (1650; 1655—1656; 1667—1668), Hüseyn (1700—1701) fərmanlarında deyiblər ki, hökumət qulluqçularının, soyurqal sahiblərinin bu kompleksin vəqf ərazilərindən vergi yığmaq hüququ yoxdur. I Təhmasib və I Abbasın fərmanlarında Bibiheybət məscidi və ətrafının qurulması və bərpa edilməsindən bəhs edilir.

1547-ci ilə aid I Təhmasib Zığ kəndinin Bibiheybət məqbərəsinə vəqf olunmasını təsdiq edən fərman vermişdir:

250px|thumb|right|Salman xanın Bibiheybət türbəsini ziyarəti. Əsəfi Dal Mehmed Çələbi. 1583 1555-ci ildə I Təhmasib Zığ kəndinin Bibiheybət məqbərəsinin mütəvəlliliyi haqqında fərman vermişdir:

Daha sonra məscidin ətrafında nüfuzlu ilahiyyatçılar hesab edilən şeyxlər məskunlaşdılar. Vaxt keçdikcə bu yer Şıxlar adlandırılmağa başlandı (Şeyx sözündən). Buna görə və ya bununla əlaqədar olaraq Bibiheybət məscidinin yerləşdiyi Bakının şəhərətrafı qəsəbəsi Şıxlar adlanır. Məscid yaxınlığında basdırılmalarını vəsiyyət edən bir çox müsəlmanın arasında Hacı Şeyx Şərif də var. Hacı Şeyx Şərif vaxtilə sufizmi yaymaq üçün Bakıya gəlmişdi. O, həyatının qalan hissəsini basdırıldığı bu ibadətxanada keçirmişdi.

1578-1590-cı illər Səfəvi-Osmanlı müharibəsi zamanı Bakını osmanlılardan geri almaq üçün hücum edən Salman xanın yuxusunda Bibi Heybət adlı qadın övliyanı (əzizəni) yuxusunda görməsi ilə bağlı məlumat Osmanlı tarixçisi Əsəfi Dal Mehmed Çələbinin Şücaətnamə adlı əsərində nəql edilir. Əsəfinin verdiyi məlumata görə Salman xan belə qərara gəlir ki, yuxu şəhəri ala bilməyəcəklərinə işarədir. O, şəhərin mühasirəsini dayandırır və Bibiheybət türbəsini ziyarətə gedir. Şücaətnamə əsərində Bibiheybət türbəsinin miniatürü verilmişdir. Miniatürdə türbə bağça ilə əhatə edilib, altıbucaq formada, qübbəlidir. Ön hissədə görülən Bibi Heybətin məzarı Səfəvilər üçün vacib dini abidə haqqında məlumat verir. Əsəfi ola bilər ki, yuxu ilə bağlı məlumatı əsarətdə olduğu müddətdə iranlılardan və ya Bakı şəhərində olduğu müddətdə şəhərin sakinlərindən öyrənmişdir.KAYA Gönül, Resimli bir Osmanlı tarihi: Âsafî Paşa'nın Şecâatnâme'si, Uludağ Üniversitesi Yüksek Lisans Tezi, 2006. Əsəfi Bibi Heybətin Salman xana yuxuda dediyi sözləri belə çatdırır:

Döndü hışmile verdi ana cevab Gerçi destim kildir, ettim çok savab, Siz yıkarsız Badkuye kalasın, Ben yaparım emr ile her kullesin...AZERBAYCAN TARİHİ İÇİN KAYNAK BİR ESER: ŞECAATNAME VE XVI. ASIRDA BAKÜ. Mehmet RIHTIM

Rusiya imperiyası 120px|thumb|left|Qubalı Fətəli xanın məzar daşı. Azərbaycan Tarix Muzeyi Bacısını (Bakı xanı Məlik Məhəmmədin arvadı) ziyarət etmək üçün Bakıya gələn Qubalı Fətəli xan 1789-cu ilin mart ayında vəfat etmiş və Bibiheybət məscidi qəbiristanlığında basdırılmışdır.В. Н. Левиатов. Очерки из истории Азербайджана в XVIII веке. — Изд-во АН Азербайджанской ССР, 1948. — 227 с. Onun məzar daşı hazırda Azərbaycan Tarix Muzeyində saxlanılır.Эпиграфические памятники Северного Кавказа на арабском, персидском и турецком языках. Надписи X — XVII вв. Тексты, переводы, комментарий, вступительная статья и приложения Л. И. Лаврова. — М.: Наука, 1968. — Т. 2, часть 2. — С. 146.

Bibiheybət məscidinə dini ziyarətlər edilib və bura uzun müddət möcüzəvi xüsusiyyətlərinə görə məşhur olub. XIX əsrin 50-ci illərində məscidi ziyarət edən məşhur fransız yazıçısı Aleksandr Düma "Qafqaz" kitabında yazırdıАлександр Дюма. Глава XXIII // Кавказ / Под. ред. профессора Т. П. Буачидзе. — Тбилиси: Мерани, 1988. — С. 118.:

Dümaya görə məşhur azərbaycan şairi Xurşidbanu Natəvan (Dümada — Xasay xan Usmiyevin Knyaginyası) da məbədi ziyarət edib, bir ildən az bir müddətdə oğlu olub. Daha sonra Natəvanın verdiyi ianə ilə Bakıdan Bibiheybət məscidinə yol çəkilib.

Məscidin adına yerli və avropalı tədqiqatçıların və səyyahların əsərlərində rast gəlinir. Bunlara misal olaraq Abbasqulu ağa Bakıxanov, İlya Berezin, Boris Dorn, Nikolay Xanıkov, Yevgeni Paxomovu göstərmək olar. 1925-ci ildə məscid haqqında kiçik məqalə yazmış Azərbaycan tarixçisi Q.Sadiqi aşağıdakı təsviri verirdi:

1911-ci ildə türbənin şimal hissəsində xeyriyyəçi Ələsgər ağa Dadaşovun vəsaiti ilə memar Hacı Nəcəf məscidin yeni binasını tikdi. Həmçinin yenidən bərpa edilən türbə və qədim məscid kubik forması aldı.

Məscidin dağıdılması right|thumb|240px|1936-cı ildə məscidin dağıdılması 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başladı. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi oldu.

1935-ci ilin sentyabrında Az. Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti “zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq” qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan etdi: "Удовлетворить ходатайство 300 рабочих нефтепромысла им. Сталина о закрытии в сел. Шихово молитвенного дома „Биби“." 1936-cı ildə məscid dağıdıldı. Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra dağıldı, minarə yalnız üçüncü partlayışdan sonra dağıldı.Ризван Байрамов, архитектор. Утерянная реликвия. Архитектурный комплекс «Биби-Эйбат». irs-az.com (2007)..

Məscidin dağıdılmasından sonra elə eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi. Məscidin dağıdılmasına görə sədr Azkomstarisa Salamov 20 il üçün Sibirə sürgün edildi.

Daha sonra məscidin yerində şose tikildiВ Баку закончилась реконструкция средневековой мечети Биби-Эйбат. (недоступная ссылка — история). Межгосударственная телерадиокомпания «Мир» (23.07.2008)..

Azərbaycan Respublikasının III prezidenti Heydər Əliyev 12 iyul 1998-ci ildə bərpa edilmiş yeni məscidin açılış mərasimində nitqlə çıxış edərək demişdir:

Məscidin bərpası

Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra dağıdılmış məscidlər bərpa edilməyə başladı. 1994-cü ildə Heydər Əliyev 1936-cı ildə qədim məscidin dağıdıldığı yerdə yeni məscidin tikilməsi barədə sərəncam imzaladı.

Kompleksin plan və ölçüləri partlayışdan az müddət əvvəl çəkilmiş şəkillər əsasında 1980-ci ildə bərpa edilmişdi. Q.Sadiqinin 1925-ci ildə yazılmış kiçik məqaləsi daxil olmaqla məşhur səyyahların qeydləri məscidin bərpa edilməsində önəmli rol oynadı. Q.Sadiqin məqaləsi 1920-ci illərin ortalarında məscidin vəziyyətini təsvir edirdi.

1998-ci ildə Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı. 12 iyul 1998-ci il tarixində keçirilən açılış mərasimində Heydər Əliyev demişdirː

Yeni məscidin təntənəli açılışı 1999-cu ilin may ayında olmuşdur.

Bərpaçılar qorunub saxlanmış köhnə eskizlər üzərində işləmişdilər. Məscidin arxitekturasında Şəkidəki Şəki xan sarayı və Gəncədəki Şah Abbas məscidində də istifadə edilmiş Azərbaycan texnologiyası — şəbəkə istifadə edilmişdir. Bərpaçı-zolotnik Həsən Mustafayev demişdir:

Burada həmçinin Şirvanşah II Fərruxzad və Heydər Əliyevə həsr edilmiş abidə var.

Yeni kompleks köhnəyə nisbətən daha çox ərazi tutur. Məscidin həyətində bir neçə min möminin birlikdə dua etməsi üçün meydança qurulması nəzərdə tutulur.

14 iyul 2008-ci ildə rekonstruksiyadan sonra məscidin açılış mərasimi baş tutdu. Mərasimə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev başçılıq edirdi. Mərasimdə həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr İşein, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla iştirak edib.

Planı 1920-ci illərin ortalarında məscidin planı 600px|thumb|center|Bibiheybət məscidinin planı. Şəkildəki planda abidələr rəqəmlərlə göstərilmiş abidələr: 1-Qədim məscid. 2-Sərdaba. 3-Arkada. 4-Minarə. 5-Yeni məscid. 6-Çıxış hissəsi. 7-Şimal qapısı. 8-Cənub qapısı. 9-Xidmət otağı. 10, 11, 12 və 13- Qəbirlər.

Memarlığı Köhnə məscid

Bibiheybət məscidi kompleksinin inkişafını altı inşaat mərhələsinə bölmək mümkündür. Hər bir mərhələ yeni bir binanın kompleksə əlavə edilməsi ilə bağlıdır. İnkişaf mərhələləri XIII əsrdən XX əsrin əvvəllərinə qədər yayıldığından müxtəlif memarlar kompleksin binalarının tikintisində iştirak etmişdir. Ən qədim hissə 1305-1313-cü illərdə inşa edilmiş türbənin cənub hissəsindəki kubik formalı məscid və qərbdən ona qoşulan minarədir. Məscidin bu hissəsinin memarı Mahmud ibn Səddir. Minarə memarlıq quruluşuna görə Şirvan-Abşeron memarlıq məktəbinə uyğun gəlir və Şirvan ərazisindəki analoji tikililərin inkişafının tədqiqi üçün çox vacibdir. Minarənin yuxarı hissəsi naxışlar və "stalaktitlər" ilə bəzədilib. Onun yuxarısında qövşəkilli günbəzlə taclandırılmış kiçik sütün yerləşir. Balkonun məhəccərinin daşdan hörməsi var idi. Qrafik tədqiqat göstərir ki, minarə təqribən 22 metr uzunluğunda idi.

Memarlıq-planlaşdırılması xarakterinə görə Bibiheybət məscidi orta əsrlər dövrü Bakısında geniş yayılmış məscid tipinə aid idi. Məscid iç tərəfi çatma tağlı uzun dördbucaqlı otaqdan ibarətdir. Döşəməyə çatmayan çatma yarımtağ məscidi ortada ikiyə bölür. Cənub divarındakı mehrabın yarımdairəvi günbəzi stalaktitlər ilə, oymalarla bəzədilib.

Məscidin cəmiyyətin mənəvi həyatında rolu