Dyuk adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Ada Kanada-Amerika sərhədinin şimalında yerləşir. Uzunluğu 19 km, eni isə 13 km-ə çatır. Ada hazırda maqmatik sulfid yataqlarının kəşfi üçün tədqiq olunan Alyaskanın ultrabaza kompleksinin bir hissəsidirNaldrett, A. J. Secular Variation of Magmatic Sulfide Deposits and Their Source Magmas // Economic Geology. — 2010..

Ada 1879-cu ildə Vilyam Doll tərəfindən adlandırılmışdır. O, yəqin ki, bu adı adanın cənubundakı burnun adını götürmüşdür. Corc Vankuver burnu 1793-cü ildə Nortumberlend hersoqunun şərəfinə adlandırmışdır.

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı