Rəfael Sərafət oğlu Həbibov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Rəfael Şərafət oğlu Həbibov 1964-cü il aprel ayının 2-də Əli Bayramlı şəhərində anadan olmuşdur. Rəfael təhsil illərində özünü bacarıqlı bir şagird kimi göstərmiş, yoldaşlarının və müəllim kollektivinin dərin hörmətini qazanmışdır.

Təhsil illərində idmana və ibtidai hərbi hazırlıq fənninə böyük maraq göstərmişdir. O, hərbi xidmətini Baltik ətrafında keçirmiş, gizir rütbəsinə kimi yüksəlmişdir. Sonra isə Leninqradda (Sankt–Peterburqda) hərbi məktəbi qurtarmış, leytenant rütbəsinə layiq görülmüşdür. O, qardaşı Cəbrayılla Əfqanıstan döyüşlərinin iıtirakçısı olubdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında iştirak etmək məqsədilə 1992-ci ildə Qarabağa göndərilir. İlk günlrədən təcrübəli zabit kimi döyüşlərə atılır. Təzəkənd, Narıncılar, Zodqızıl, Mədəni Ala Qala, Ağdaban, Çörəkdar, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə iştirak edir. Bu kəndlərin çoxu erməni quduzlarından azad edilir. R.Həbibov Kəlbəcər uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Mühasirəyə düşən kəşfiyyatçıları xilas edərkən dümənlə qarşı–qarşıya çıxır və düşmənin PDM-24 maşınının heyəti ilə birlikdə məhv edir.Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 109.

1992-ci il iyulun 6-da Çörəkdar və Tozlukörpü istiqamətində cəbhədə həlak olanların cəsədlərini gətirmək üçün yoldaşları ilə yola düşür. Döyüşdə aldığı yaradan 1992-ci il iyulun 7-də gözlərini əbədi yumur.

Azərbaycan Respublikası Prezidentinin 1994-ci il avqustunda verilən fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Vaxtı ilə oxuduğu 14 saylı tam orta məktəb indi onun adını daşıyır.

Şirvan şəhər qəbiristanlığında dəfn edilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:1964-cü ildə doğulanlar Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Kəlbəcərdə vəfat edənlər Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları