Yusif İbrahimoviç Tlusten (; ) — adıge yazıçı. O, Rusiyanın Əməkdar Mədəniyyət Xadimi və Adıgey Xalq Yazıçısı adlarına layiq görülmüşdür.

Həyatı Yusif İbrahimoviç Tlusten 25 aprel 1913-cü ildə Şahançerixabl (indiki Adıgeya) kəndində anadan olmuşdur. O, Moskva Poliqrafiya İnstitutunda təhsil almış, məzun olduqdan sonra, 1935–1938-ci illərdə "Sosialistiçeske Adıgey" qəzetində çalışmışdır. Bunun ardınca Tlusten Adıgey Elmi-Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunda işləmişdir. O, 1939-cu ildən SSRİ Yazıçılar İttifaqının üzvüdür. Tlusten 1941-ci ildə İkinci Dünya müharibəsində iştirak etmiş, fəal ordu sıralarında döyüşmüş, mühəndis-tikinti batalyonunun komissarı, sonra "Stalinin zərbəsi" qəzetinin müxbiri olmuşdur. O, mətbuatda əsgər və zabitlərin hərbi şücaətlərindən bəhs edən oçerkləri, məqalələri, hekayələri ilə çıxış etmişdir. 1946-cı ildə kapitan rütbəsində Adıgeyə qayıdan Tlusten burada müxtəlif qurumlarda çalışmışdır. O, Adıgey Elmi Tədqiqat Dil, Ədəbiyyat və Tarix İnstitutunun ədəbiyyat və folklor sektorunun müdiri olmuş, on ildən çox Adıgey Yazıçılar Təşkilatının məsul katibi kimi xidmət etmişdir. Tlusten ömrünün son illərində Adıge Respublikasının Prezidenti yanında Ağsaqqallar Şurasının sədri olmuşdur.

İstinadlar

Xarici keçidlər Краткая литературная энциклопедия

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Böyük Vətən müharibəsinin istehkamçıları Kateqoriya:SSRİ kapitanları Kateqoriya:Rus dilindən tərcümə edənlər