Atabəy filmi — ssenaristi Hadi Hicazifər və rejissoru Niki Kərimi olan 2020-ci ildə çəkilmiş romantik dram filmi. Film ilk dəfə 38-ci Fəcr Film Festivalında nümayiş edilib. Film azərbaycan dilində çəkilib. Bəzi epizodları isə fars dilindədir. 2021-ci il noyabr ayının 24-dən etibarən kinoteatrlarda nümayiş etdirilən film ilk həftələrdə satışa görə il ərzində komediya filmlərini keçib birinciliyə yüksəlmiş ilk film olub. Bundan başqa film 2021-ci ildə İranda nümayiş etdirilən filmlər arasında da ən çox izlənilən ilk 5 filmin sırasına düşüb.
Süjet Ailə-məişət mövzusunda çəkilmiş filmdəki hadisələr Qərbi Azərbaycan vilayətindəki Xoy şəhəri yaxınlığında yerləşən Pirkənd kəndində cərəyan edir. Ekran əsərinin qəhrəmanı gənc yaşlarından ailəyə başçılıq etmək məcburiyyətində qalır və böyük çətinliklərə üzləşir. Çətinliklərin öhdəsindən gələn qəhrəman şəxsi həyatını qura bilmir. Onun sevgisi uğursuz olur və bundan sonra həyatını yaxınlarına həsr edir.
Film ətrafında mübahisə Türk dilinin filmdə xüsusi yer alması mətubat konfransında gərgin anlara səbəb olub. Bir jurnalist ölkənin rəsmi dilinin farsca olduğu halda farsca altyazı ilə nümayiş edilən əsərlər nəyə lazımdır deyərək, əsərin türkcə çəkilişinə etiraz edib. Buna ilk reaksiyanı isə rejissor Niki Kərimi verib. O deyib:
Filmin ssenari müəllifi Hadi Hicazifər isə sualla bağlı bunları deyib:
Rollarda Hadi Hicazifər - Kazım Səhər Dövlətşahi - Sima Cavad İzzəti - Yəhya Danial Noruş - Aydın Məsumə Robaniniya - Ceyran Məhluqə Meynuş Zad - Simin Yusifəli Dəryadel - Kazımın atası
İstinadlar
Xarici keçidlər Filmin treyleri Filmin təqdimatındakı mübahisə
Kateqoriya:2020-ci ilin filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:İran filmləri