Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti.
E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır.
Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kuroş, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara.
Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi.
Tarix E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə. 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə,Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.
Qavqamela döyüşü Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi.
İstinadlar
Həmçinin bax II Kir Fermopil vuruşması Qavqamel döyüşü Marafon döyüşü Salamin döyüşü
Kateqoriya:İran tarixi Kateqoriya:Əhəmənilər imperiyası Kateqoriya:Keçmiş Avropa imperiyaları Kateqoriya:Persiya Kateqoriya:Qədim Yaxın Şərq Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Tarixi Avropa monarxiyaları Kateqoriya:Cənubi Asiya tarixi Kateqoriya:Əhəmənilər dövləti şəxsləri