Matti adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Coğrafiyası Adanın sahəsi 477 km²-dir. Sahil xəttinin uzunluğu 285 km-dir. Ada at nalı şəklindədir. Adanın uzunluğu 34 km, maksimum eni 23 km-dir (qərb hissəsində 11 km, şərq hissəsində isə 8 km). Kral-Vilyam adası kimi, Matti adası da dəniz səviyyəsindən elədə hündürlüyə malik deyil - 5 ilə 40 metr arasında, Hardi burnu yaxınlığında cənub-şərqdə maksimum hündürlüyü 60 metrə çatır.
Matti adası Kral-Vilyam adasını Buthia yarımadasından ayıran və eni 50 km olan Ceyms Ross boğazında yerləşir. Ən yaxın qonşuları qərbdəki Tennet adalarıdır. Matti adası ondan 3,7 km-lik Vellinqton boğazı ilə ayrılır. Adanın cənub-şərq ucuna yaxın Beverli adaları yerləşir. İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları