Rudison Noqueyra Ferreyra 1983-cü ildə anadan olub və Fransa vətəndaşlığını da daşıyır. Boyu 178 sm, çəkisi 70 kq olan R.Ferreyra karyerasına Braziliyanın ən məşhur klublarından sayılan “San Paulu”da başlayıb. Həmin vaxt 15 yaşı olan R.Ferreyra Kaka kimi məşhur futbolçu ilə eyni komandada yer alıb. Burada iki il (1998-2000) oynadıqdan sonra yarımmüdafiəçi “Portugeza”ya (2000-01) keçib. Daha sonra Avropaya üz tutaraq Belçikanın “Standard” (2001), Serbiyanın “Borats” (2001/02), OFK (2002/03), Fransanın “Myuluz” (2003), “Red Star” (2003/04), “Angers” (2004/05), “Havr” (2005), “Romorantin” (2005/06), “Havr” (2006/07), Mərakeşin “Difaa Əl Ciddə” (2007) klublarında çıxış edib. Yenidən Belçikaya qayıdan R.Ferreyra çempionatın bir dövrəsi ərzində “Sulte Varegem”də əsasən ehtiyatda qalıb və cəmi 4 oyunda 68 dəqiqə meydanda olub.
Həmçinin bax
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:San-Paulu FK futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Havr FK futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Zülte Varegem FK futbolçuları