Dağlıq Qarabağdakı məscidlərin siyahısı — Azərbaycan Respublikasının qərb bölgəsində, tarixi Qarabağ vilayətinin dağlıq hissəsində yerləşən məscidlərin siyahısı nəzərdə tutulur.

Bu məscidlərin hər biri tarixi abidələr olmaqla birlikdə, 1992-ci ildən başlayan erməni işğalı nəticəsində dağıntılara və vandalizasiyaya məruz qalmışdır.

Məscidlərin siyahısı thumb|250px|right|Azərbaycan Respublikasının poçt markasının üzərində Gövhər Ağa Məscidinin şəkli. AdŞəkillərYerİl/ƏsrGHaqqındaAğdam Cümə məscidi 160x160px|none Ağdam 1868–1870ŞiəCümə məscidi Kərbəlayi Səfixan Qarabağı adlı memar tərəfindən 1868–1870-ci illərdə tikilmişdir. Cümə məscidi erməni işğalından sonra qismən dağıdılmışdır. Associated Press qeyd edir ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuzlar saxlanmışdır və divarı qraffiti ilə vandalizasiya edilmişdir. Ağdam işğaldan qurtarıldıqdan sonra məscidin bərpasına başlanılmışdır.Aşağı Gövhər ağa məscidi 160x160px|none Şuşa 1875–1876Şiə Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. 1874–1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İşğal zamanı vandalizasiyaya məruz qalmışdır.Yuxarı Gövhər ağa məscidi 160x160px|none Şuşa 1768–1885ŞiəBu məscid bu təməldə inşa edilmiş IV məsciddir. İlk öncə Pənahəli xanın dövründə davamlı olmayan materiallardan tikilən məscid tədricən daha da dözümlü formada inşa edilmiş və nəhayət IV inşa mərhələsində bugünkü görünüşünə qovuşmuşdur. İşğal zamanı vandalizasiyaya məruz qalmışdır. Bu məscid həmçinin Gövhər Ağa Böyük Cümə Məscidi də adlandırılır.Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977. s 54Çöl Qala məscidi160x160px|none Şuşa XVIII əsr ŞiəXIX əsrdə Şuşanın Çöl Qala məhəlləsində tikilmişdir.Çuxur məhəllə məscidi160x160px|none Şuşa XVIII əsr ŞiəÇuxur məhəllə məscidi Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri olan Çuxurlu məhəlləsində yerləşir. Şəhərin ən aşağı hissəsində yerləşdiyinə görə məhəllə belə adlandırılmışdır.Чингиз Каджар. Старая Шуша. 96 стр.Quyuluq məscidi Şuşa XVIII əsr ŞiəXVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146)İşğal altındakı tarixi-dini abidələrimiz. Müəllif Nahid MəmmədovHacı Yusifli məscidi 160x160px|noneŞuşa XVIII əsry ŞiəMəscid Şuşanın Hacı Yusifli məhəlləsinin Qasım bəy Zakir və Q. İsmayılov küçələrinin kəsişdiyi nöqtədə tikilmişdir. Hacı Yusifli məhəlləsi Şuşanın qədim məhəllələrindən biridir. Məscid XIX əsrdə Şuşada fəaliyyət göstərən 19 məsciddən biri olmuşdur.Culfalar məscidiŞuşa XVIII əsr ŞiəXIX əsr-əsrdə Şuşanın Culfalar məhəlləsində tikdirilmişdir. Memarı Kərbəlayı Səfixan Qarabağidir. İki mərtəbəlidir.Xoca Mərcanlı məscidi Şuşa XVIII əsr ŞiəXVIII əsrdə Şuşanın Xoca Mərcanlı məhəlləsində tikilmişdir Məscid Şuşanın Xoca Mərcanlı məhəlləsində yerləşir. Abidə XVIII əsrdə inşa edilibdir. Məscid 2001-ci ildən YUNESKO-nun ehtiyat abidələr siyahısına 1574 sayı ilə daxil edilibdir. Ermənilərin Şuşanı işğal etdikdən sonra abidə məhv edilib. Hal-hazırda məscidin xarabalıqları qalmaqdadır.Köçərli məscidi Şuşa XIX əsr ŞiəXIX əsrdə Şuşanın Köçərli məhəlləsində tikilmişdir. Bəhmən Mirzənin saray kompleksinə aiddir.Malıbəyli məscidiŞuşa XVIII əsr ŞiəŞuşada, Malıbəyli kəndinin mərkəzində yerləşən təkminarəli məsciddir. XX əsrin əvvəllərində məscidin minarəsi ermənilər tərəfindən uçurulub dağıdılmışdır.Mamay məscidi 160x160px|noneŞuşa XIX əsr ŞiəXIX əsrdə Şuşanın Mamayı məhəlləsində tikilmişdir.Mərdinli məscidi160x160px|none Şuşa XIX əsr ŞiəXIX əsrdə Şuşanın Mərdinli məhəlləsində tikilmişdir. Mərdinli məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən 17 məsciddən biri idi. Mərdinli məscidi Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunda Ümumdünya İrs Siyahısında yerləşirdi.Saatlı məscidi160x160px|none Şuşa 1883ŞiəŞuşa şəhərinin Saatlı məhəlləsində yerləşən tarixi məsciddir. Məcid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa edilmişdir. Abidə memarın son əsərlərindən biri hesab edilir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır.Seyidli məscidi 160x160px|noneŞuşa XVII əsr ŞiəXVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmişdir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.Təzə məhəllə məscidi160x160px|none Şuşa XIX əsr ŞiəXIX əsrdə Şuşanın Təzə məhəllə məhəlləsində tikilmişdir.Şuşa şəhərinin Səməd bəy Mehmandarov küçəsində yerləşir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı Azərbaycanda İslam Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı

İstinadlar

Kateqoriya:Dağlıq Qarabağ Kateqoriya:Azərbaycan məscidləri Kateqoriya:Azərbaycan tikililərinin siyahıları