İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Konseptin tarixi Qədim Yunanıstan
Qədim yunan mədəniyyətində doqquz Muzanın hər biri yaradıcılığın müxtəlif sahələrindən birinə himayədarlıq edirdi: Kalliopa ("gözəl nitqli"): muzaların başçısı, həmçinin epik və ya qəhrəmanlıq poeziyası muzası. Klio (“şöhrətli olan”): tarix ilahəsi. Erato ("eşq dolu"): sevgi və ya erotik poeziya, lirik şeir və toy nəğmələri ilham pərisi. Euterpe (“xoşagələn”) — musiqi və lirik poeziya ilahəsi. Melpomena (“oxuyan”) — faciə ilahəsi. Polihimniya / Polimniya (“çoxlu himnlər oxuyan”) — müqəddəs nəğmələr, natiqlik, lirik poeziya, mahnı oxuma və ritorika ilahəsi. Terpsixora ("rəqsdən zövq alan"): xor mahnısı və rəqs ilahəsi Taliya ("çiçəklənən"): komediya və bukolik poeziya ilahəsi Uraniya ("səmavi"): astronomiya ilahəsi
Rəngkarlıq və heykəltəraşlıq kimi təsviri sənət növləri ilə əlaqələndirilən heç bir ilham pərisi (muza) mövcud deyildi. Qədim Yunanıstanda heykəltəraş və rəssamlara aşağı qiymət verilirdi; bu işlər çox vaxt qullar tərəfindən görülür və əsasən sadə fiziki əmək hesab olunurdu.In Our Time: The Artist BBC Radio 4, TX 28 March 2002
Hətta Fidiy və ya Poliklet səviyyəsinə yüksəlib çoxlu möhtəşəm əsərlər yaratsanız belə, hamı şübhəsiz ki, ustalığınızı təqdir edəcək, lakin ağıllı heç bir pərəstişkarınız sizin kimi olmaq istəməyəcək; çünki kim olursunuzsa olun, yenə də sadə bir əməkçi — əl əməyi ilə dolanan və əllərindən başqa heç nəyi olmayan bir insan kimi qəbul ediləcəksiniz.
Orta əsrlər Orta əsrlərdə “artist” sözü bəzi ölkələrdə, məsələn, İtaliyada istifadə olunurdu. Həmin vaxt bu söz daha çox “sənətkar” və ya “usta” mənasını verirdi. “Artisan” sözü isə hələ geniş istifadə olunmurdu.
Artist başqalarından daha yaxşı iş görməyi bacaran insan hesab olunurdu. Buna görə də onun hansı sahədə işləməsindən daha çox, bacarığı və ustalığı vacib sayılırdı. Həmin dövrdə bəzi əl işi məhsulları, məsələn, toxuculuq məhsulları, rəsm və heykəllərdən daha qiymətli və bahalı ola bilirdi.
İncəsənətin böyük və kiçik sənət sahələrinə bölünməsi ən azı Leon Battista Albertinin (1404–1472) əsərlərinə gedib çıxır. Onun De re aedificatoria, De statua və De pictura əsərlərində sənətçinin əl bacarığından çox, onun düşünmə və yaradıcılıq qabiliyyətlərinin əhəmiyyəti vurğulanırdı.P.Galloni, Il sacro artefice. Mitologie degli artigiani medievali, Laterza, Bari, 1998
Müasir dövr
XVII əsrin ikinci yarısında Avropada müxtəlif akademiyaların yaranması ilə təsviri sənət və tətbiqi sənət arasındakı fərq daha aydın oldu.
Bu gün “artist” və “incəsənət” anlayışlarının dəqiq və hamı üçün eyni olan tərifi yoxdur. Bu anlayışlar müxtəlif mədəniyyətlərdən asılı olaraq dəyişə bilər.
Eyni zamanda, gözəlliyin nə olduğunu dəqiq müəyyənləşdirmək və onu müəyyən standartlara salmaq da çətindir. Çünki incəsənətdə hər bir insanın zövqü və gözəllik anlayışı fərqli ola bilər. Həddindən artıq sadə və zövqsüz şəkildə hazırlanmış sənət əsərləri isə Kitç adlandırıla bilər.
İstinadlar
Xarici keçidlər İncəsənət xadimləri - Personalar
Kateqoriya:İncəsənət Kateqoriya:Peşələr Kateqoriya:İncəsənət xadimləri Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Film və video terminləri