Labirint qaçışçısı () — ABŞ yazıçısı Ceyms Daşner tərəfindən 2009-cu ildə yazılmış yeniyetmə romanıdır.
Labirint qaçışçısı (ingiliscə The Maze Runner) Ceyms Daşnerin gənclik antiutopiyası janrında yazmış olduğu Labirint qaçışçısı kitab seriyasındakı ilk kitabıdır. Roman 2009-cu ilin oktyabrında Delacorte Press tərəfindən nəşr edilmişdir. Kitabın müvəffəqiyyət qazanmasından sonra seriyanın davamı olan iki kitab, Alov sınaqları (2010) və Ölümün Müalicəsi (2011) yazılmışdır. 2012-ci ilin avqustunda Ceyms Daşner həm də Öldürmək əmri (Total Threat) adlı prekvelini yazmışdır. 2014-cü ildə romanın süjet xətti əsasında film çəkilmişdir. Rusiyada kitabın 2013-cü ilin sonunda nəşr olunmasına baxmayaraq, bu nəşrdən əvvəl internetdə "Labirint qaçışçısı" romanının rus dilindəki həvəskar tərcüməsi yerləşdirilmişdi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2009-cu ilin romanları Kateqoriya:20th Century Fox filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş elmi-fantastika romanları