Sandro Tonali ( ; ) — İtaliyalı peşəkar futbolçu. Orta xətt oyunçusudur. İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl Yunayted" klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi.

Klub karyerası

Breşiya Sandro Tonali "Pyaçentsa" və "Breşiya" klublarının yetirməsidir. O, 26 avqust 2017-ci ildə "Breşiya"nın səfərdə "Avellino" klubu ilə oyununda peşəkar karyerasında debüt edir.

28 aprel 2018-ci il tarixində "Salerintana" klubuna qarşı oyunda Sandro Tonali ilk qolunu vurur.

25 avqust 2019-cu ildə "Breşiya"nın heyətində "Kalyari" klubuna qarşı oyunda meydana çıxmaqla İtaliya A Seriyasında debüt edir.

Milan 9 sentyabr 2020-ci il tarixində Tonali "Milan" klubunun oyunçusu kimi təqdim edilir. Müqaviləyə görə futbolçu ilk mövsümu 10 milyon avro qarşılığında icarə əsasında "Milan"da oynayacaq, sonra isə "Milan" klubu daha 10 milyon avro ödəyərək futbolçunun transfer hüququnu alacaq. Həmçinin "Breşiya" klubunun əlavə olaraq bonuslar şəklində 15 milyon avro və Tonalinin mümkün olacaq satışından 10 faiz qazanmaq hüququda transfer müqaviləsində öz əksini tapır. 21 sentyabr 2020-ci ilə futbolçu, "Bolonya" klubuna qarşı oyunda "Milan" klubunun heyətində debüt edir.

8 iyul 2021-ci il tarixində futbolçunun "Milan" klubuna tam transferi baş tutur.

Nyukasl Yunayted 3 iyul 2023-cü ildə Premyer Liqa klubu Nyukasl Yunayted açıqlanmayan ödəniş qarşılığında Tonali ilə beş illik müqavilə imzaladığını açıqladı. Bu transferdən sonra Tonali bütün zamanların ən bahalı italyan oyunçusu oldu.

Karyera statistikası

+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaÖlkə kubokuBeynəlxalqDigərToplamDvizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolBreşiya2017–18B Seriyası19200——1922018–19B Seriyası34300——3432019–20A Seriyası35110——361Toplam88610——896Milan (icarə)2020–21A Seriyası25010110—370Milan2021–22A Seriyası3653060—4552022–23A Seriyası23210702İtaliya Superkuboku oyunu0332Toplam84750250101157Karyerasında toplam17213602501020413

İstinadlar

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:2000-ci ildə doğulanlar Kateqoriya:8 mayda doğulanlar Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Milan FK futbolçuları Kateqoriya:Breşiya FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Nyukasl Yunayted FK futbolçuları Kateqoriya:Legioner İtaliya futbolçuları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Tottenhem Hotspur FK futbolçuları