Vəlid ibn Vəlid ibn Muğirə () — Məhəmməd peyğəmbərin Məkkəli səhabəsi.

Həyatı Vəlid Məkkəli Qureyş qəbiləsinin Bənu Məxzum qolundan idi və məşhur müsəlman sərkərdəsi Xalid bin Vəlidin qardaşı idi.Landau-Tasseron 1998.

624-cü ildə Bədr döyüşündə Qureyşlə birlikdə Məhəmmədə qarşı vuruşur. Müharibə zamanı onun qəbiləsinin çoxu öldürülür. O, müharibə zamanı müsəlmanlara əsir düşmüş, lakin azad edilmiş və İslamı qəbul etmişdir. Məkkəyə qayıtdıqdan sonra zəncirlə həbs olunmuşdur.

Təbəriyə görə, Vəlid və onun Bənu Məxzumdan olan qohumları, Sələmə bin Hişam (Əbu Cəhlin qardaşı) və Əyyaş ibn Əbi Rəbiə Məhəmməd və onun tərəfdarlarına qoşulmaq üçün Məkkədən hicrət edirlər. Sonralar onun ölüm xəbəri eşidiləndə Mədinədə Məhəmmədin Məhzumlu həyat yoldaşı Ümmü Sələmə tərəfindən yas tutulur.

Vəlidin böyük oğlunun da adı Vəlid idi. Məhəmməd Məhzumun bu addan həddindən artıq istifadə etdiyini düşünərək Vəlidin adını Abdullah qoyur.Kister 1975. Abdullahın nəsli Mədinədə görkəmli bir ailəyə çevrilir.

O, 629-cu ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Səhabələr