Seyfulla Şamil oğlu Qasımov () — Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin polkovniki.

Həyatı Seyfulla Qasımov 25 avqust 1958-ci ildə Saatlı rayonunun Ağarəhimli kəndində ziyalı ailəsində anadan olmuşdur. 1965–1975-ci illərdə 33-saylı dəmiryol məktəbində təhsil almışdır. 1975–1980-ci illərdə Dövlət Neft Akademiyasında riyaziyyatcı-mühəndis ixtisasına yiyələnmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti 1980–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun xüsusi konstruktor bürosunda çalışmışdır. 1985–2004-cü illərdə isə Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində, daha sonra isə Milli Təhlükəsizlik Nazirliyində işləmişdir. MTN-nin Əks-kəşfiyyat İdarəsinin rəisinin 1-ci müavini vəzifəsində çalışdıqdan sonra, 2003–2004-cü illərdə Milli Təhlükəsizlik Nazirliyində yeni yaranan Terrora Qarşı Mübarizə Baş İdarəsində rəis əvəzi vəzifəsində çalışmışdır.

2004-cü ildə Eldar Mahmudov tərəfindən əsassız olaraq işdən azad edilmişdir.

Ölümü 2010-cu il 12 dekabrda ürək tutmasından vəfat etmişdir.

Birinci Qarabağ müharibəsində iştirakı Goranboy rayonunun Erkeç, Buzluq və Manaşid kəndlərinin azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyatlarda fəal iştirak etmişdir.

Təltifləri 1998-ci ildə "Hərbi Xidmətlərə görə" medalı ilə, 2002-ci ildə isə "Vətən Uğrunda" medalı ilə təltif olunmuşdur.

Xatirəsinin əbədiləşdirilməsi Elşad Həsənov və Azər Səlimovun müəllifliyi ilə "Azərbaycanın fədakarlıq məktəbi" silsiləsindən "SEYFULLA QASIMOV" kitabı çap edilib.

İstinadlar

Xarici keçidlər Rabitə Nazirliyindəki həbslər MTN-lə bağlı deyil

Kateqoriya:Azərbaycan hərbçiləri