Hülya Koçyiğit (, ) — türk kinoaktrisası, ictimai xadimi. Yeşilçamın görkəmli qadın baş rol aktrisası, Antalya Qızıl Portağal kinofestivalı da daxil olmaqla, beynəlxalq film festivallarında çoxsaylı mükafatlar sahibidir. Ümumilikdə o, 180-ə yaxın filmdə rol alıb. 1991-ci ildə Dövlət sənətçisi seçilmişdir. 1991–1992-ci illərdə təsisçisi olduğu "SO-DER" təşkilatının prezidenti seçilib. O, bu vəzifəni 4 il davam etdirib və indi də direktorlar şurasının üzvüdür. 250px|thumb|right|Hülya Koçyiğit və Erol Taş, 1964-cü il

Həyatı Hülya Koçyiğit atası Bolqarıstandan olan türk mühacirdir. İstanbulda böyüyüb, orta təhsilini Ankarada başa vurub, orada Atatürk Qızlar Liseyində oxuyub. Orta təhsili zamanı İstanbul Şəhər Teatrına daxil olub. Daha sonra Ankara Dövlət Rəssamlıq Akademiyasının sənət təhsili üçün balet fakültəsinə qəbul edilib. Hülya Koçyiğit 1963-cü ildə "Səs" jurnalının təşkil etdiyi gözəllik yarışmasında ikinci olduqdan sonra kinoya getməyə qərar verdi. Onun debüt filmi 1964-cü ildə 14-cü Berlin Beynəlxalq Film Festivalında "Qızıl Ayı" Mükafatını qazanan "Susuz Yaz" (Quru Yay) idi.

Bu uğur türk filminə verilən ilk beynəlxalq mükafat idi. Onun baş rol aldığı "Dərman" filmi beş qitədə oynayan ilk türk filmi oldu. Onun çəkildiyi digər məşhur "Kurbağalar" türk filmi də beynəlxalq televiziyalara satılan ilk türk filmi olmuşdur. Hülya Koçyiğit 1991-ci ildə "Türkiyə dövlət sənətçisi" fəxri adına layiq görülüb.

Hülya Koçyiğit Türkiyə kinosunun Lütfü Akad, Atıf Yılmaz, Şerif Gören, Metin Erksan, Orhan Aksoy, Memdüh Ün, Ertem Eğilmez, Osman F. Seden, Halit Refiq kimi məşhur rejissorları ilə çalışmışdır. Türkan Şoray, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir.

Hülya Koçyiğit ən çox milli və beynəlxalq mükafat qazanan türk aktrisası olma xüsusiyyətini daşıyır və yəqin ki, Türkiyə kinosunun ən tanınan simasıdır. Onun 1965–1974-cü illərdə çəkdiyi filmlər, onun karyerasının qızıl dövrü sayılır. Hülyanın bu illərdə çəkildiyi filmlər daim kinosevərləri ovsunlayırdı. O, Əlcəzair, Yunanıstan, İran, Livan kimi bir çox ölkələrdə də tanınırdı.

2009-cu ildə o, məşhur Amerika serialı "Qızıl Qızlar"ın Türkiyə çəkilişində rol alıb. Bea Arturun yaratdığı rolu Koçyiğit canlandırıb.

Şəxsi həyatı 1968-ci ildə "Fənərbaxça"nın futbolçusu Səlim Soydanla ailə qurmuşdur. Cütlüyün Gülşah adlı bir qızı var. Onun Neslişah və Aslışah adlı iki nəvəsi var. Qızı Gülşah gənc yaşlarında bir neçə filmdə rol alıb. Hülya Koçyiğit bir müddət müğənni kimi də fəaliyyət göstərib. 2014-cü ildə aktyor Engin Altan Düzyatan Hülya Koçyiğitin nəvəsi Neslişah Alkoçlarla ailə qurub. Bu evlilikdən Hülya Koçyiğitin Əmir Aras adlı nəticəsi vardır.

Filmoqrafiyası İl Film Rollar Qeyd 1963 :tr:Susuz Yaz Bahar :tr:Genç Kızlar Oya Deren 1964 :tr:Adalardan Bir Yar Gelir :tr:Affetmeyen Kadın Ahtapotun Kolları Aslan Marka Nihat :tr:Ayşecik Çıtı Pıtı Kız Bir İçim Su :tr:Döner ayna Hepimiz kardeşiz Katilin Kızı Nazan Kavga Var Keşanlı Plajda Sevişelim Son Tren Pelin :tr:Taşralı Kız Hülya Işık :tr:Vurun Kahpeye Aliye Öğretmen 1965 :tr:Aşk ve İntikam Dudaktan Kalbe Hıçkırık Hülya :tr:İki Yavrucak :tr: Kadın İsterse Matmazel Nadya :tr:Lafını Balla Kestim :tr:Nazar Değmez İnşallah :tr:Posta Güvercini Şahiser :tr:Serseri Aşık :tr:Sevgili Öğretmenim :tr:Sevgim ve Gururum Zerrin Bağdatlı :tr:Tehlikeli Adımlar Uzakta Kal Sevgilim Yalancı Yıldızların Altında 1966 Aşk Mücadelesi Damgalı Kadın :tr:Denizciler Geliyor Dertli Gönüller Dişi Düşman Asuman İntikam Ateşi Karanlıklar Meleği Gül Kaderde Birleşenler Kıskanç Kadın Nevin Seden Kumarbazın İntikamı Leyla O Kadın Ayşe :tr:Ölmek mi yaşamak mı (film) Hülya Seni Seviyorum :tr:Siyahlı Kadın :tr:Vahşi Sevda Yiğit Yaralı Olur 1967 Çıldırtan Dudaklar :tr:Deli Fişek :tr:Hırçın Kadın :tr:Dokuzuncu Hariciye Koğuşu Nüzhet :tr:Gül Ağacı :tr:Kardeş Kavgası :tr:Ringo Gestapoya Karşı :tr:Parmaklıkların Arkasından Samanyolu Seni Affedemem :tr:Söyleyin Genç Kızlara Utanç Kapıları :tr:Yağmur Çiselerken Üvey Ana :tr:Yanık Kalpler :tr:Yaralı Kuş 1968 Cemile Kadın Asla Unutmaz :tr:Hicran Gecesi Funda Dağları Bekleyen Kız :tr:Kırmızı Fener Sokağı Kara Sevda Sevemez Kimse Seni Kezban Sarmaşık Gülleri Sus Kimseler Duymasın :tr:Vahşi bir erkek sevdim (film) Gül Yalan Yıllar :tr:Yasemin'in Tatlı Aşkı 1969 Boş Çerçeve Alev Ölmüş Bir Kadının Mektupları Kınalı Yapıncak Kızıl Vazo Azize Sönmezoğlu Kızım ve Ben Leyla Sen Bir Meleksin Uykusuz Geceler Yarın Başka Bir Gündür Gül Fatma Kunt 1970 Güller ve Dikenler :tr:Kezban Roma'da Kalbimin Efendisi Saadet Güneşi Semra Seven Ne Yapmaz Sevda Söz Müdafaanın Selma Alkan Sürtük Canan Alev, Naciye Yaralı Ceylan Zeyno 1971 :tr:Adını Anmayacağım :tr:Bebek Gibi Maşallah Leyla Erdem Yılmaz :tr:Beklenen Şarkı Beyoğlu Güzeli Alev Aker Bütün Anneler Melektir Selma :tr:Kezban Paris'te Kezban Hayatım Senindir Leyla Sonay, Nermin Senede Bir Gün :tr:Severek Ayrılalım :tr:Sezercik Yavrum Benim Son Hıçkırık Üç Arkadaş Yağmur :tr:Yarın Ağlayacağım 1972 Azat Kuşu :tr:Gökçe Çiçek Kaderimin Oyunu :tr:Sev Kardeşim :tr:Sezercik Aslan Parçası Tanrı Misafiri Zehra 1973 Düğün :tr:Hayat Bayram Olsa The Bride :tr:İki Bin Yılın Sevgisi Rabia Siyah Gelinlik :tr:Yeryüzünde Bir Melek 1974 Çirkin Dünya Diriliş Diyet El Kapısı 1975 Bir Araya Gelemeyiz Gülşah Çirkef İşte Hayat 1976 :tr:Gülşah Küçük Anne Şoför 1977 Sensiz Yaşayamam İstasyon 1978 :tr:Evlidir Ne Yapsa Yeridir 1979 Almanya Acı Vatan 1981 Herhangi Bir Kadın 1982 Gazap Rüzgarı Avukat Selma 1983 Derman 1984 Firar Ayşe Sarıca 1985 Kurbağalar 1986 :tr:Dikenli Yol 1987 Bez Bebek 1988 Gece Dansı Tutsakları Pononte Fener 1989 Hiçbir Gece :tr:Karılar Koğuşu 1991 Bir Kadın 2001 Şellale Semra 2003 :tr:Hababam Sınıfı Merhaba Fatoş Hoca 2007 Hicran Sokağı Zümrüt

İstinadlar

Xarici keçidlər Senin Mucizen — Hülya Koçyiğit Sinema Türk'te Hülya Koçyiğit

Biyografi.info – Biography of Hülya Koçyiğit

Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:İstanbulda doğulan aktrisalar Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:Türkiyə film aktrisaları Kateqoriya:XX əsr Türkiyə aktrisaları