Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir.
Rəhbərlik
Prezident: Surxay Əhmədov Vitse-prezident: Yaşar Məmmədov Transfer işləri üzrə vitse-prezident:Bəhruz Şirəliyev Mətbuat katibi: Rövşən Abdullayev
Rəmzlər
Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir. Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.
İstinadlar
Xarici keçidlər
Muğan futbol klubu
Kateqoriya:Ləğv edilmiş Azərbaycan futbol klubları