Oliviya İzabel Rodriqo () — amerikalı müğənni, bəstəkar və aktrisa. O, 2010-cu illərin sonlarlnda Disney televiziyasında yayımlanan Bizaardvark və High School Musical: The Musical: The Series seriallarında oynadığı baş rolları ilə tanınıb.

Geffen və Interscope Records ilə müqavilə bağladıqdan sonra Rodriqo 2021-ci ildə debüt sinqlı "Drivers License"-i buraxdı və bu, müxtəlif rekordlar qırdı və ilin ən çox satılan mahnılarından biri oldu və onu əsas şöhrətə çatdırdı. O, "Deja Vu" və "Good 4 U" kimi daha uğurlu sinql ilə davam etdi və 21 may 2021-ci ildədə Sour albumunu çıxardı. Rodriqonun debüt studiya albomu Sour (2021) dünya miqyasında hit-paradlarda birinci yeri tutdu və geniş tənqidi bəyənmə ilə qarşılandı. O,64-cü İllik Qremmi Mükafatlarında yeddi kateqoriya üzrə, o cümlədən Ən Yaxşı Yeni Sənətçi, Sour üçün İlin Albomu və "Drivers License" üçün İlin Rekoru və İlin Mahnısı kimi namizədliklər əldə edib.

Həyatı Oliviya İzabel Rodriqo 20 fevral 2003-cü ildə Kaliforniyanın Marrieta şəhərində anadan olub. Anası Cennifer müəllim, atası Kris isə ailə terapistidir. O, Kaliforniyanın Temekula şəhərində boya başa çatıb. Oliviya Filippin kökənlidir.

Diskoqrafiya Sour (2021) Guts (2023) You Seem Pretty Sad for a Girl So in Love (2026)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Brit mükafatı laureatları Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:Interscope Records artistləri Kateqoriya:Uşaq aktyorlar Kateqoriya:MTV Video Music Award laureatları