Həbib Bayram oğlu Babayev () — Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru (1969), professor (1970), Azərbaycan SSR əməkdar elm xadimi (1990).

Həyatı 1932–1939-cu illərdə Bucaq kənd orta məktəbdə təhsil almış, lakin valideynlərinin vəfatı ilə əlaqədar Şuşa şəhər 1 saylı uşaq evinə göndərilmişdir. 1939–1941-ci illərdə təhsilini orada davam etdirmişdir. 1941–1943-cü illərdə Şuşa ikiillik Müəllimlər İnstitunun Dil və Ədəbiyyat fakültəsində, 1946–1951-ci illərdə ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1951–1955-ci illərdə isə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsilini davam etdirmişdir. 2 iyul 1994-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1943–1944-cü illərdə Bucaq kəndində başlamışdır. O, 1956–1958-ci illərdə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi olmuşdur. 1958–1970-ci illərdə isə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsini icra etmişdir. 1970-ci ildən ömrünün sonunadək Bakı Slavyan İnstitutunda kafedra müdiri olmuşdur. Alim 1962-ci ildən Yazıçılar İttifaqının üzvü olmuşdur.

Elmi fəaliyyəti 1956-cı ildə M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Elmi Şurasında "V.Mayakovski və Azərbaycan sovet poeziyası" mövzusunda namizədlik dissertiyasını müdafiə edərək elmlər namizədi elmi dərəcəsini almışdır. 1969-cu ildə isə "Səməd Vurğun və sovet ədəbiyyatında onun mövqeyi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 1970-ci ildə professor elmi adı verilmişdir.

Alim 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifi olan Həbib Babayevin əsərlərinin əsas mövzusunu Rusiya-Azərbaycan ədəbi əlaqələri təşkil edir. Müəllifin əsərləri rus, belorus, moldav, ukrayna, alman dillərinə tərcümə olunmuş, eyni zamanda haqqında rus və özbək dillərində məqalələr yazılmışdır.

Mükafatları Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1976 "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1 fevral 1990

İstinadlar