Ərfəcə ibn Hərsəmə əl-Bəriqi (; ) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. O, Ömərin xilafəti illərində ordunun komandanı olmuşdur.
Həyatı İbn əl-Əsir onun adının Əfrəcə ibn Hüzeymə olduğunu deyib.
Əzd qəbiləsinin Bəriq qoluna mənsubdur.
Onun adından daha çox Əbu Bəkrin xəlifəliyi dövründə bəhs olunmamağa başlamışdır. Belə ki, o Riddə döyüşləri vaxtı Məhrə və Omana göndərilmiş və orada uğur qazanmağı bacarmışdı.
Ömər onu əzdlilərdən ibarət ordunun komandanı təyin etmiş və İraq-İran cəbhəsinə göndərmişdi. O, burada Buveyb, Tikrit, Mosul və Əhvaz bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmiş və Sasani komandanı Rüstəmə göndərilən diplomatik heyətin tərkibində iştirak etmişdi.
637-ci ildə Mosulun ələ keçirilməsindən sonra Ömər tərəfindən şəhərin maliyyə işləri üzrə məsul şəxs təyin edilmişdi.
Osman dövründə həmin bölgənin valisi təyin edilən Ərfəcə əl-Bəriqi, Fars ətrafında baş vermiş üsyanları yatırmaq üçün yürüşlər etmişdi.
Daha sonrakı tarixlərdə adından bəhs olunmayan Ərfəcə əl-Bəriqi Osmanın xəlifəliyi dövründə də vəfat etmişdi.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:Raşidi xilafətinin valiləri Kateqoriya:Ərəb generallar