Franklin Hemlin Littell (; ) — ABŞ protestant alimi. O, supersessionizmi rədd edən yazıları ilə tanınır və Holokost işığında xristianlar ilə yəhudilər arasında münasibətləri yaxşılaşdırmaq üçün təhsil proqramlarını müdafiə etmişdir. Müharibədən sonrakı Almaniyada təxminən on il yaşadıqdan sonra o, İkinci Dünya müharibəsi zamanı törədilmiş cinayətlərdən dərin təsirlənmiş və buna görə də həyatını Holokostu araşdırmağa, ondan götürülən insan hüquqları dərslərini geniş ictimaiyyətin diqqətinə çatdırmağa həsr etmişdir. İctimai yığıncaqlarda, şəhərciklərdə və kilsələrdə o, müharibədən sonrakı dövrdə Holokost haqqında dərslər təşkil edən ilk şəxslərdən biri idi. Littell bəziləri tərəfindən Holokost tədqiqatlarının banisi hesab olunur.Obituary http://www.philly.com/philly/obituaries/20090525_Rev__Franklin_H__Littell__scholar_of_the_Holocaust.html Douglas Martin, "Franklin Littell, Scholar of Holocaust, Dies at 91" New York Times, may 30, 2009. https://www.nytimes.com/2009/05/30/us/30littell.html?_r=0 accessed March 18, 2013.

Yazıları The Anabaptist View of the Church (1957) The Free Church (1957) Historical Atlas of Christianity (1976)

İstinadlar

Kateqoriya:ABŞ teoloqları Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri