Georgi Camaloviç Lomaya (; 8 avqust 1979, Tbilisi) — gürcü futbolçu, İnter Bakı klubunun və Gürcüstan milli futbol komandasının qapıçısı.

Georgi Lomaya İnter Bakı futbol klubunun tarixinə ilk gürcü qapıçı kimi düşüb. Vətənində "Kodako", Tiflisin "Dinamo", "Merani" və "Lokomotiv"də oynayan Georgi 2003-cü ildən legioner həyatı yaşayıb. Belə ki, ilk iki ildə Moskva "Spartak"ının qapıçısı olub. Ancaq bu titullu komandada cəmi 2 oyun keçirib və 4 top buraxıb.

2004/2005 mövsümündə "Ximki"yə icarəyə verilən Lomaya daha sonra Rusiyada "Luç-Enerji", Almaniyada "Karl Tseyss", Ukraynada "Karpatı" komandasında forma geyinib. Ötən il vətəninə qayıdan Georgi Rustavi "Olimpi"sinin şərəfini qoruyub.

1998-ci ildə debüt etdiyi milli komandada 33 oyun keçirib.

İstinadlar

Mənbə Moskva "Spartak"ının sabiq qapıçısı "İnter"ə gəldi

Həmçinin bax

Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Karpati Lvov FK futbolçuları Kateqoriya:Ximki FK futbolçuları Kateqoriya:Ukraynada legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları